Nazir "kölgə iqtisadiyyatı"na qarşı mübarizə tədbirlərini qiymətləndirib

Nazir "Azərbaycanda "kölgə iqtisadiyyatı"na qarşı mübarizə 2018-ci ilin əvvəllərindən diqqət mərkəzində olmağa başlayıb. Hazırda 3 il yarım keçib və bu da prosesi qiymətləndirmək üçün yaxşı müddətdir".
"Report" xəbər verir ki, bunu iqtisasiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, cəsarətli və koordinasiyalı addımların nəticəsində bir sıra nəticələr göz qabağındadır: "Belə ki, ən əhatəli addımlardan biri 2019-cu ilin yanvarın 1-dən əmək haqqı islahatı olub. Bu islahat nəticəsində muzdlu işçilərin real əməkhaqqları dövlətin verdiyi qərar nəticəsində "kölgə"dən çıxdı.
Həmin qərarla qeyri-neft, özəl sektorda fəaliyyət göstərən muzdlu işçilərin əməkhaqqı gəlirləri 7 il müddətinə fiziki şəxslərin gəlir vergisindən azad olundu. Bu da təbii olaraq sahibkarları, işə götürənləri, həm də işçiləri şəffaflığa və hesabatlılığa təşviq etdi.
İkincisi bu sahədə sistemli addımlardan biri onlayn kassaların tətbiqi və paralel olaraq "ƏDV geri al" proqramının işə salınmasıdır. Sirr deyil ki, ticarət, ictimai-iaşə,xidmətlər kimi sektorlarda kölgə iqtisadiyyatının həcmi, yəni dövriyyənin yayındırılması çox geniş vüsət almış hal idi. Həyata keçirilən tədbirlər nəticəsində bir tərəfdən sahibkarlar üçün ağrısız keçən müddətdə və alternativli, rəqabətli bazarda seçim imkanları ilə, digər tərəfdən böyük məmnuniyyətlə iştirak etdiyi həmin "ƏDV geri al" layihəsinin nəticəsində biz bu gün ticarət, xidmət, iaşə sahələrində dövriyyə şəffaflaşdırılmasını, rəqabətin bərqərar olmasını görürük".
Digər tərəfdən, elə sahələr var idi ki, belə desək, "kölgə iqtisadiyyatı"nın alətləri, elementləri daha qabarıq şəkildə görünürdü:
"Məsələn, aksizli mallar, xüsusən tütün malları, alkoqol istehsalında və s. sahələrdə daha çox sistemli addımlarla yanaşı, xüsusi inzibati tədbirlərlə təmin edilib. Hesab edirəm ki, bu gün bu sahələrdə də biz istədiyimiz nəticələri görə bilirik".
M.Cabbarov vurğulayıb ki, vergi mədaxili "kölgə iqtisadiyyatı"nı ölçmək üçün əsas indikatorlardan biridir: "Belə ki, bu ilin 6 ayında Azərbaycanda qeyri-neft sektorundan vergi daxilomaları ötən ilin eyni dövrü ilə müqayisədə 49 % artıb. Ümumilikdə bu ilin 6 ayında qeyri-neft sektorundan vergi daxilomaları 2017-2018-ci illərdəki vergi daxilolmalarının həcminə bərabərdir. Bu özlüyündə həmin sahədə aparılan işin potensialını əks etdirir".

Maliyyə     Tarix: 26 iyul 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya