Nazirlər Kabinetinin yeni qaydası maliyyə bazarındakı iri şirkətlər üçün nə vəd edir?

Nazirlər Kabinetinin yeni qaydası maliyyə bazarındakı iri şirkətlər üçün nə vəd edir?Azərbaycan Respublikasında maliyyə institutlarının bazar paylarının ölçülməsi və onların hökmran mövqe tutub-tutmamasını müəyyənləşdirmək üçün yeni qaydalar təsdiqlənib.
Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 20 dekabr 2024-cü il tarixli qərarında bildirilir.
Bu qaydalar, Rəqabət Məcəlləsinin 15.3-cü maddəsinə əsaslanaraq hazırlanıb və maliyyə bazarlarında rəqabətin qorunmasını, şəffaflığın təmin edilməsini hədəfləyir.
Hökmran mövqe necə müəyyən ediləcək?
Qərarda deyilir ki, bir maliyyə institutu müvafiq bazarda 50% və ya daha çox bazar payına sahib olduqda, həmin qurum bazarda hökmran mövqeyə malik sayılır.
İki və ya daha çox maliyyə institutu birlikdə 50%-dən, üç və ya dörd maliyyə institutu birlikdə 70%-dən çox bazar payına sahibdirsə, onlar birgə hökmran mövqeyə sahib hesab olunur.
Bazar iştirakçıları dedikdə, banklar, sığortaçılar, kredit təşkilatları, investisiya şirkətlərinin adları siyahıya düşüb.
Bazar paylarının hesablanması necə aparılır?
Banklar və bank olmayan kredit təşkilatları üzrə faiz və qeyri-faiz gəlirləri əsas götürülür.
Sığortaçılar üçün sığorta haqları (həyat və qeyri-həyat sığortası ayrı-ayrılıqda), sığorta brokerləri və agentləri üçün isə komisyon muzdları nəzərə alınır.
Kapital bazarı iştirakçıları üzrə investisiya şirkətlərinin fond birjasında ticarət dövriyyəsi, investisiya fondlarının cəmi müştəri aktivləri və klirinq təşkilatlarının əməliyyat həcmi əsas götürülür.
Valyuta mübadilə məntəqələri və ödəmə xidmətləri təchizatçıları üzrə gəlirlər və əməliyyatların ümumi həcmi ölçülür.
Əgər bir neçə maliyyə institutu birgə hökmran mövqe tutarsa, onların bazardakı fəaliyyətlərinin əlaqəli olub-olmaması Mərkəzi Bank ilə razılaşdırılaraq rəqabət orqanı* tərəfindən təsdiqlənir.
Hazırda bu məsələ uzun müddətdir Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatında yer alır. 2024-cü ilin I yarımili üzrə Maliyyə Sabitliyi Hesabatımda ötən ilin sonu ilə müqayisədə aktivlər və depozitlər üzrə təmərküzləşmədə nəzərəçarpan dəyişiklik olmasa da, kredit portfeli üzrə təmərküzləşmənin artığı bildirilmişdi.
Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI** indeksinə əsasən cari ilin ilk yarımilində kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 49 vahid artaraq 1196 təşkil etmişdir. Aktivlər və depozitlər üzrə HHI indeksində əhəmiyyətli dəyişiklik olmasa da, bu göstərici müvafiq olaraq 1484 və 1604-ə bərabərdir ki, bu da təmərküzləşmənin yüksək olduğunu əks etdirdiyi bildirilir.
Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə kredit portfeli üzrə təmərküzləşmənin artdığı qeyd edilmişdi. Belə ki, 2023-ci il ilə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.4 faiz bəndi artaraq 53.8% olmuşdu.
"Bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır"- deyə bildirmişdi.
2024-cü ilin ilk yarısında sektorda fəaliyyət göstərən bankların hamısının mənfəətlə fəaliyyət göstərməsinə baxmayaraq, mənfəətlilik üzrə təmərküzləşmə müşahidə edildiyi qeyd edilib. Sektorun xalis mənfəətinin 68%-i aktivlərin 63%-ni özündə cəmləşdirən 3 bankda təmərküzləşmişib. Bu göstəricilər həm də Nazirlər Kabinetinin qaydasındakə kəmiyyətlə ilə daha çox əlaqəlidir.
*Hazırda bu işi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılır.
** HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ

Banklar     Tarix: 24 dekabr 2024

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun