Elon Musk-ın siyasi mövqeyi Tesla-ya baha başa gəldi: 1 milyondan çox avtomobil itkisi

Elon Musk-ın siyasi mövqeyi Tesla-ya baha başa gəldi: 1 milyondan çox avtomobil itkisiABŞ-ın Yale Universitetinin yayımladığı yeni tədqiqat, Elon Musk-ın (İlon Maskın) siyasi mövqeyinin Tesla-ya milyardlarla dollar zərər vurduğunu ortaya qoyub.
Marja.az xəbər verir ki, Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) məlumatlarına görə, Musk 2022-ci ildə Twitter-ı satın alıb X-ə çevirdikdən sonra Tesla-nın ABŞ satışları kəskin şəkildə azalıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Siyasi mövqe satışları 80%-ə qədər azaldıb
Tədqiqatda "Musk partizan effekti" kimi təsvir olunan bu təsir nəticəsində 2022-ci ilin sonundan 2025-ci ilin ilk aylarına qədər Tesla-nın ABŞ satışları 67%- 83% civarında azalıb. Bu azalma təxminən 1–1,26 milyon avtomobil itkisinə bərabərdir.
Demokrat seçicilər Tesla-dan uzaqlaşıb
Musk-ın getdikcə daha açıq şəkildə Respublikaçı mövqedə olması, ətraf mühitə həssas Demokrat seçiciləri Tesla markasından uzaqlaşdırb.
Tədqiqatda qeyd edilir ki, bu itki, rəqib elektrik avtomobili markalarının satışlarını 17%-dən 22%-ə qədər artırıb. Musk-ın Donald Trump administrasiyası ilə yaxın əlaqəsi, Hökumət Səmərəliiyi Departamentində (DOGE) rolu və 300 milyon dollarlıq Respublikaçı dəstəyi markanın imicinə mənfi təsir göstərən amillər arasında göstərilib.
Kaliforniya bazarında kəskin geriləmə
Musk-ın siyasi açıqlamalarının təsiri yalnız marka imici ilə məhdudlaşmayıb. Kaliforniyadakı sıfır emissiya hədəfləri də bu prosesdə pozulub. 2025-ci ilin üçüncü rübündə Kaliforniya ştatında Tesla avtomobillərinin qeydiyyatı 9,4% azalıb və bazar payı 46,2%-yə düşüb.
Tesla-nın İdarə Heyətinin sədri Robyn Denholm CNBC-yə verdiyi açıqlamada, Musk-a qarşı hökumət əlaqəsi yanaşmasının "artıq zəiflədiyini" bildirib.
Tədqiqatda həmçinin qeyd olunur ki, Tesla-nın avtonom sürüş və robotaksi layihələrinə yönəlməsi markanın ictimaiyyət qarşısındakı mənfi imicini qismən yaxşılaşdırıb.

Banklar     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes