Neft Fondunun müşaviri: "Azərbaycana iri investorların gəlməsi üçün təkcə sənaye zonaları yox, bütün ölkədə biznes qaydaları şəffaf və proqnozlaşdırıl

Neft Fondunun müşaviri: "Azərbaycan kimi kiçik ölkələrə xarici birbaşa investisiyalar öz maliyyə vəsaitlərinə görə deyil, bəlkə də daha çox, gətirəcəyi yüksək texnologiyalara və nou-hau-lara görə böyük əhmiyyət kəsb edir".
FED.az xəbər verir ki, bunu Dövlət Neft Fondunun sədrinin müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu dekabrın 8-də Dünya Bankı tərəfindən "Azərbaycan: Ölkə üzrə İqtisadi Memorandumu"nun təqdimatında bildirib.
ADA universitetində keçirilən təqdimatda müzakirələrdə iştirak edən N.Nəsrullayeva-Müdüroğlu bildirib ki, xarici birbaşa sərmayələr həm də qlobal bazarlara, qlobal dəyər zəncirlərinə çıxış, tədqiqat və inkişaf potensialına çıxış imkanlarına görə vacibdir.
Azərbaycana xarici birbaşa investisiyaların cəlb edilməsi imkanları barədə danışan Neft Fondunun müşaviri bildirib ki, bunun üçün ölkə iqtisadiyyatı xarici investorlar üçün proqnozlaşdırıla bilən və şəffaf olmalıdır. O buna misal olaraq Azərbaycanın neft sektoruna xarici investorların cəlb edilməsi tarixçəsini xatırladıb.
"Bizim xarici birbaşa investisiyalar baxımından ən vacib uğurlu təcrübəmiz neft sektorunda olub. Milyonlarla dollar yatırım etməklə yanaşı, beynəlxalq neft şirkətləri 20 il əvvəl buraya gələndə həmçinin yeni bilik və müasir texnoloiyaları da gətirdilər. Bundan başqa, onlar davamlı olaraq yeni trendləri, o cümlədən enerji keçidi və ya sıfır emissiyalarla bağlı yeni trendləri gətirməyə davam edirlər".
Müşavir bir qədər əvvəl Azərbaycnın neft sektorunu əsas sərmayəçisi olan BP şirkətinin yerli innovasiya layihələrinə dəstəyini misal göstərib.
"Yaxınlarda burada ADA universitetində maraqlı tədbir keçirilmişdi - BP şirkəti Azərbaycanda yaradılan 4 fərqli innovasiya layihələrinə start verildiyini elan etdi.
Və bu innovativ ideyalar olduğu halda onu qlobal dünya bazarına çıxarmağa və işə salmağa imkan verdi".
Xarici investisiyaların vacibliyini və əhəmiyyətini qeyd edən Neft Fondunun müşaviri bu sahədəki problemlərə (N.Nəsrüllayeva-Müdüroğlu onları məhdudiyyətlər adlandırıb) də toxunub.
Onun fikrincə əsas məsələ - iqtisadiyyatın və burada baş verən proseslərin investoolara aydın olması və şəffaflığıdır. Məhz neft müqavilələrindəki aydınlıq və şəffaflıq buraya neft investorlarının gəlməsinə səbəb oldu:
"Məhdudiyyətlərə gəlincə – aydındır ki, proqnozlaşdırı bilmə imkanı çox vacibdir. Neft sektorunun uğur amillərindən biri də ondan ibarətdir ki, o çox şəffaf olmuşdu. İnqilabi dərəcədə açıq "hasilatın pay bölgüsü" sazişləri olmuşdu. Bu sazişlər investorlara tam açıqladığı şəffalıq və onların fəaliyyəti, vergi rejimi və mənfəətləri, eləcə də mənfəətlərinin repatriasiyası ilə bağlı tam aydınlıq, əminik yaradırdı".
Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirib ki, Azərbaycanda uzun müddətdir ki, ayrı-ayrı sektorlarda şəffaflıq və investorlar üçün şəraitin yaradılması ilə bağlı müzakirələr aparılır, amma bu yanaşma – düzgün deyil. Onun sözlərinə görə, investorlar üçün münbit şərait təkcə ayrı-ayrı sahələrdə və xüsusi iqtisadi zonalarda deyil, bütün ölkə ərazisində yaradılmalıdır:
"Mən xüsusi iqtisadi zonaların və xüsusi iqtisadi rejimlərin tərəfdarı deyiləm. Mənə elə gəlir ki, bu vəziyyət bütünlüklə iqtisadiyyatda təmin edilməlidir. Bütün iqtisadiyyüat proqnozlaşdırıla bilən və şəffaf olmalıdır".
Onun sözlərinə görə, bu amil – şəffaflıq və proqnozlaşdırıla bilmə - investorlar üçün xüsusi əhəmiyyət kəsb edir. Neft Fondunun müşavirinin sözlərindən aydın olur ki, Azərbaycan kimi kiçik bazara malik ölkələr xarici investorlar üçün cəlbecidici olmaq üçün əlavə üstünlüklərə malik olmalıdırlar.
"Biz kiçik bir bazarıq və xarici investorlar üçün yalnız o halda maraqlı ola bilərik ki, biz regional bazarı yarada bilək. Və bu vəziyyətdə - ticarət məhdudiyyətləri və baryerləri özünü göstərir. Çünki heç bir investor yalnız 10 milyon nəfərlik əhalisi olan bazardan istədiyi gəliri əldə edə bilməz" - deyə N.Nəsrullayeva-Müdüroğlu vəziyyəti açıqlayıb.
Onun sözlərinə görə, doğrudur, Azərbaycan hazırda Cənubi Qafqazda aparıcı iqtisadiyyat olsa da - yenə də biz qonşu ölkələr üçün haba, qovşağa çevrilməliyik. "Məhz bu halda həqiqətən iri investorlar üçün bizəm cəlbediciliyimiz artacaq, hansı ki, ciddi kapitalı, əhəmiyyətli texnologiyaları bura gətirə biləcəklər və qlobal bazara çıxışla təmin edə biləcəklər. Bunun üçün isə bazara çıxış və ya bazara giriş, hüquq bərabərliyi, qanun aliliyi təmin edilməlidir".
Neft Fondunun müşaviri bir daha təkrar edib ki, şəfaflıq və proqnozlaşdırıla bilən olmaq ölkə iqtisadiyyatı və investorların cəlbi üçün çox vacibdir.
"İnvestorların bəzi şeylərdən xoşu gəlməyə bilər. Amma şəraiti aydın bildikdə və vəziyyəti proqnozlaşdıra bildikdə, bu zaman onlar hər şey ölçüb-biçərək qərarlarını verə biləcəklər".

İnvestisiya     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

Nazir: Böyük Britaniyanın Azərbaycana investisiyaları 39 milyard dolları ötüb

Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 39 mlrd ABŞ dollarını ötüb. xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətləraras

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov 

"Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin çoxu mənfəətlərini ölkəyə, o cümlədən bərpa olunan enerjiyə yenidən yatırır". biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayı

Britaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsi üçün ən azı 5 milyard funt sterlinq ayırmağa hazırdır

Böyük Britaniyanın İxrac Maliyyələşdirilməsi Agentliyinin (UK Export Finance – UKEF) Azərbaycan üzrə risk limiti ən azı 5 milyard funt sterlinq təşkil edir. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət nazir


iqtisadi xeberler online pul qazanmaq biznes krediti birbank dollar məzənnəsi