Bakıda səfərdə olan Türkiyə jurnalıstləri Azərbaycanın işgüzar imkanları ilə tanış olublar

Bakıda səfərdə olan Türkiyə jurnalıstləri Azərbaycanın işgüzar imkanları ilə tanış olublarAzərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Türkiyənin bir sıra media qurumlarının nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə səfər ediblər. Səfər zamanı qardaş ölkənin media təmsilçilərinə Qarabağ və Şərqi Zəngəzurun biznes və investisiya mühiti, burada iş adamları üçün tətbiq edilən imtiyazlar haqqında məlumat verilib.
FED.az xəbər verir ki, Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Onlar sənaye parkında həyata keçirilən layihələr, investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.
Bildirilib ki, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təmin edilməsi üçün 2021-ci ilin 28 may tarixində dövlət başçısının Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Parkın prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.
190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının ərazisinin 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Park rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikincidir. Sənaye parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. İş adamları dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar. 
Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda sənaye parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.
Sənaye parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur.
Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkının rezidentləri "Bafco İnvest", "Mister Decor" və  "Eel Electric" MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar.
Türkiyəli media təmsilçiləri həmçinin, Ələt Azad İqtisadi Zonasında olublar. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada yaradılan biznes və investisiya imkanları haqqında jurnalistlərə məlumat verib. Qeyd olunub ki, əsas beynəlxalq ticarət marşrutlarının kəsişməsində yerləşən və müasir infrastruktura malik iqtisadi zona cəlbedici fiskal və qeyri-fiskal stimullar təqdim edir. Bu baxımdan, iqtisadi zona yüksək dəyərli və ixracyönümlü istehsal sahəsi üzrə investisiyalar üçün əlverişlidir.
Türkiyənin media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkın fəaliyyəti ilə tanış olub, ölkəmizin əlverişli biznes və investisiya potensialı haqqında geniş məlumat əldə ediblər.

İnvestisiya     Tarix: 22 iyun 2025

Oxşar xəbərlər

Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədə

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

"Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar". Azərbaycanda

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb

2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Azərbaycana ən çox investisiya edən ölkələ

Ticarət naziri: Böyük Britaniya şirkətlərinin Qarabağa investisiya qoymasını istəyirik

Böyük Britaniya şirkətlərinin Qarabağda fəaliyyət göstərməsi və investisiya yatırması üçün imkanlar mövcuddur. xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda jurnalistlərin sualların

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır

Bizim bağladığımız müqavilələr neft-qaz sektorunda inkişafa rəvac verdi. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə bildirib. "30 il əvvə


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq valyuta kurslari bitcoin qiymeti