Neft qiymətləri üç günlük artımı dayandırır – Bazar bu üç vacib göstəriciləri gözləyir

Neft qiymətləri üç günlük artımı dayandırır – Bazar bu üç vacib göstəriciləri gözləyirBANKER.AZ — Çərşənbə günü neft qiymətləri ucuzlaşaraq üç günlük rallini dayandırdı. Buna bir neçə təsir edən səbəb var.
Brent markalı neft 52 sent və ya 0.7% ucuzlaşaraq bir barreli 76.92 dollara, ABŞ-ın WTI-nin nefti isə 49 sent, həmçinin 0.7% ucuzlaşaraq 73.22 dollara düşüb.
Bununla belə investorlar isə ən çox neft istehlak edən ölkəsində növbəti dərəcə qərarını qiymətləndirmək üçün ABŞ inflyasiya məlumatlarını gözləyir. ABŞ-da istehlak qiymətləri indeksi 2023-cü ilin martında 5% təşkil edib və iqtisadçılar 5%-də qalacağını proqnoz edir. Bu həm də FED-in növbəti hansı addımları atmasına təsir edən göstərici ola bilər. Məsələn, inflyasiyanın yüksəlməsi onun pauza ritorikasını dəyişə bilər.
Bazar mənbələrinə görə, Amerika Neft İnstitutunun çərşənbə axşamı verdiyi məlumata görə, tələbin zəifləməsinin mümkün əlaməti olaraq, ABŞ-ın xam neft ehtiyatları mayın 5-də bitən həftədə təxminən 3.6 milyon barel, benzin ehtiyatları isə 399.000 barel artıb. Əgər bu göstəricilər gözləntilərdən bir qədər də çox olarsa, qiymətlərin aşağı enməsi üçün güclü təsir edə bilər.
Nyu-York Federal Rezerv Bankının prezidenti Con Uilyams inflyasiyanın çox yüksək olaraq qaldığını və FED-in gələcək artımların zəruriliyi ilə bağlı göstərişlərindən imtina etsə də, zərurət yaranarsa, mərkəzi bankın faiz dərəcələrini yenidən artıracağını deyib.
Bazarın bir gözü də həmçinin Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) cümə axşamı günü açıqlanacaq aylıq neft hesabatını gözləyir. Kartel və onun müttəfiqləri qiymətləri artırmaq üçün hasilatı yenidən azaltmalı olub-olmayacağına dair ipuçları verilə bilər.
OPEC və onun OPEC+ kimi tanınan müttəfiqləri ötən ay may ayından ilin sonunadək hasilatı gündəlik 1.16 milyon barel azaltmaq barədə razılığa gəliblər.
KİV-in məlumatına görə, Rusiyanın Energetika Nazirliyi ölkədə neft hasilatının azaldılmasının aprel ayında demək olar ki, nəzərdə tutulan səviyyəyə çatdığını bildirib.
May ayından hasilatı sutkada 500 min barel azaltmağı öhdəsinə götürən Səudiyyə Ərəbistanı, Asiyadakı alıcılara iyun ayı üçün tələb olunan xam neftin tam həcmlərini təmin edəcəyini bildirdi. Mənbələrin dediyinə görə, bəzi Çin neft emalı zavodları daha az tədarük istəyiblər ki, bu, dünyanın ən böyük neft ixracatçısına aşağı hasilat hədəfinə düşməsinə səbəb olacaq.
Kanadanın əsas neft hasil edən əyaləti olan Albertada soyuq hava şəraiti sayəsində çərşənbə axşamı meşə yanğınları azalıb. Meşə yanğınları neft və qaz istehsalçılarını gündə ən azı 319 000 barel neft ekvivalentində və ya ölkə istehsalının 3.7%-ni bağlamağa məcbur etdi.
Bazarlar, həmçinin Konqresin üç həftə ərzində hərəkətə keçmədiyi təqdirdə indiyə qədər yaşanmamış defoltdan qorxaraq, ABŞ prezidenti Co Baydenin və respublikaçı deputatların 31.4 trilyon dollarlıq ABŞ borc tavanının artırılması ilə bağlı şərhlərini izləyəcəklər.

Xəbərlər     Tarix: 10 may 2023

Oxşar xəbərlər

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb


iqtisadi xeberler bitcoin qiymeti depozit faizleri iqtisadiyyat xeberleri pul qazanmaq