NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜB

NEQSOL Holding dörd Brandon Hall Group Mükəmməllik Mükafatına - LAYİQ GÖRÜLÜBNEQSOL Holding 2026-cı il "Brandon Hall Group HCM Excellence Awards" çərçivəsində "Gələcək iş"(Future of Work), "İnsan resurslarının idarə edilməsi" (Human Resources) və "Təlim və inkişaf" (Learning & Development) kateqoriyalarında dörd mükafata layiq görülüb.
FED.az xəbər verir ki, bu beynəlxalq mükafatlar Holdinqin insan kapitalının strateji inkişafı, korporativ öyrənmə və inkişaf, eləcə də müasir iş mühitinin formalaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələrin beynəlxalq səviyyədə tanındığını nümayiş etdirir.
Bu il Holdinq üçün xüsusi əhəmiyyət daşıyan nailiyyətlərdən biri "NEQSOL AI Upskilling" Proqramının "Süni intellekt və gələcək iş" ("AI and Future of Work") kateqoriyasında Qızıl mükafata layiq görülməsidir. Mükafat Holdinqin biznesin gələcək tələblərini qabaqlayaraq əməkdaşların süni intellekt sahəsində bilik və praktiki bacarıqlarının inkişafına yönəlmiş strateji yanaşmasının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Proqram əməkdaşlara süni intellekt alətlərindən iş fəaliyyətlərində effektiv istifadə etməyə imkan yaradaraq, səmərəliliyin daha da artırılmasına, innovasiyaların təşviqinə və dəyər yaradılmasına töhfə verir.
"Müasir biznes mühitində bilik və bacarıqlara sərmayə tədricən daha böyük əhəmiyyət kəsb edir. İnsan kapitalının inkişafı strateji prioritetlərimizdən biridir və biz əməkdaşlarımızın gələcəyin tələblərinə uyğun bacarıqlara yiyələnməsini davamlı şəkildə dəstəkləyirik. Bu yanaşma süni intellekt kimi yeni texnologiyalar üzrə bilik və təcrübənin artırılması ilə yanaşı, liderlik və peşəkar bacarıqların gücləndirilməsini, eləcə də davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasını əhatə edir. Bu mükafatlar həm əməkdaşlarımıza uzunmüddətli sərmayələrimizi, həm də komandalarımızın birgə səylərini əks etdirir. Bu nailiyyətlərin əldə olunmasına töhfə verən hər kəsə təşəkkür edirəm", - deyə NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib.
Digər mükafatlar NEQSOL Holding-in təlim və insan kapitalı ekosisteminin inkişafı istiqamətində əldə etdiyi uğurları əks etdirir. Qeyd olunan istiqamətlərə peşəkar inkişaf, ixtisasartırma, sosial təsir təşəbbüsləri və Holdinq üzrə davamlı öyrənməni təşviq edən proqramlar daxildir.
Qeyd edək ki, NEQSOL Holding daha əvvəl istedadların inkişafı, təlim və liderlik sahələrində təşkilat miqyasında həyata keçirdiyi kompleks yanaşmaya görə Association for Talent Development ("İstedadların İnkişafı Assosiasiyası") tərəfindən təqdim olunan BEST Award 2026 mükafatına layiq görülüb. Bu yanaşma fərdiləşdirilmiş təlim, peşəkar inkişaf, mentorluq və kouçinq imkanları təqdim edən Holdinqin rəqəmsal təlim ekosistemi olan NEQSOL Academy vasitəsilə dəstəklənir. 2026-cı ildə Holdinq NEQSOL Academy çərçivəsində SkillHub platformasını istifadəyə verərək istifadəçilərə süni intellekt, rəqəmsal transformasiya, biznes, liderlik, kommunikasiya və şəxsi inkişaf üzrə kurslardan ödənişsiz yararlanmaq imkanı təqdim edib.
"Brandon Hall Group Excellence Awards" insan kapitalının idarə olunması sahəsində aparıcı beynəlxalq mükafatlardan biri hesab olunur, təlim və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı və təşkilati effektivlik sahələrində mühüm nailiyyətləri qiymətləndirir. Mükafatın qalibləri müxtəlif meyarlar əsasında aparılan hərtərəfli təhlil və qiymətləndirmə prosesi nəticəsində müəyyən edilir.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiyalar, tikinti və mədən sənayesi sahələrində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
NEQSOL Academy davamlı öyrənməni, peşəkar mükəmməlliyi və bilik mübadiləsini təşviq etmək məqsədilə yaradılmış NEQSOL Holding-in korporativ öyrənmə ekosistemidir. Müxtəlif dillərdə qabaqcıl öyrənmə imkanları təqdim edən NEQSOL Academy "Hər yerdə, Hər zaman" prinsipini rəhbər tutaraq əməkdaşların və daha geniş auditoriyaların innovativ inkişaf proqramları vasitəsilə inkişafını dəstəkləyir.

Biznes     Tarix: 21 avqust 2026

Oxşar xəbərlər

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini

İndoneziya vətəndaşı Azərbaycanda SPA mərkəzi – YARADIB

Mart ayının 16-da "Lamara SPA" MMC (VÖEN: 1407590691) dövlət qeydiyyatına alınıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni yaradılan şirkətin qanuni təmsilçisi İndoneziya vətəndaşı Apud İrma, nizamnam

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Əsədov Zaur Valeh oğlubarəsində inzibati xəta protokolu tərtib edib. "Panda Baby" müştəriləri aldadır – UCUZ QİYMƏT QOYUB


iqtisadi xeberler biznes krediti valyuta mezennesi rubl mezenne dollar kursu