Niderland Srebrenitsa soyqırımına görə ÜZR İSTƏDİ
Niderland 27 ildən sonra Srebrenitsa qurbanlarının ailələrindən üzr istəyib.
KONKRET.az xəbər verir ki, müvafiq bəyanatla Bosniya və Herseqovinadakı faciənin ildönümündə Potoçari Memorial Qəbiristanlığındakı mərasimə qatılan Niderlandın müdafiə naziri Kaysa Ollonqren çıxış edib.
O, baş verənlərin günahkarının Bosniya serbləri olduğunu bildirib.
Nazir həmçinin niderlandlı hərbçilərin vəzifələrini yerinə yetirmək və müdafiəsiz insanlara kömək etmək üçün əllərindən gələni etdiklərini deyib.
Qeyd edək ki, Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsada 11 iyul 1995-ci ildə minlərlə insan qətlə yetirilib. Müharibədən sonra kütləvi məzarlıqlarda tapılan qurbanlar şəxsiyyəti müəyyən edildikdən sonra hər il iyulun 11-də Potoçari Memorial Qəbiristanlığında xüsusi mərasimlə dəfn edilir. Builki mərasimdə şəxsiyyətləri müəyyən edilən daha 50 soyqırım qurbanı dəfn olunub. Bununla da Srebrenitsa qurbanlarının sayı 6 721-ə çatıb.
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir