"Nokia" Bakıda laboratoriya AÇIR
Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı "Nokia" şirkətinin təmsilçisi Olaf Şolts bildirib ki, şirkət Mərkəzi Asiyada biznesini idarə etmək üçün Bakıda regional nümayəndəlik yaradıb.
KONKRET.az xəbər verir ki, "Nokia"nın rəqəmsal infrastruktur sahəsində innovasiyalar və texnologiyalar üzrə lider şirkət olduğunu vurğulayan Olaf Şolts Azərbaycan hökumətinin rəqəmsallaşma proqramının uğurlarını qeyd edib, regionda böyük fəaliyyəti ilə seçilən ölkə olduğunu vurğulayıb və "Nokia"nın da həmin uğur hekayəsinin hissəsi olmaq istədiyini bildirib.
Olaf Şolts transformasiya prosesində rəqəmsal savadlılığın artmasının vacibliyini vurğulayaraq bu sahədə ölkənin İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq etdiklərini söyləyib. "Təhsil proqramı üçün pul vəsaitləri ayırmışıq. Növbəti ay Bakıda laboratoriya və şəbəkəni istismara verəcəyik. Biz Azərbaycanı təkcə məhsul verdiyimiz bazar kimi qəbul etmirik. Bu gün bu işləri görürük və bundan fərəhlənirik. Bununla belə, ölkədə rəqəmsallaşdırma prosesinin bir hissəsi olmaq istəyirik," – deyə Olaf Şolts bildirib.
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin