"OBA" qonaq gedir... – FOTOLAR
Hər il müxtəlif sosial layihələr həyata keçirən "OBA" marketlər şəbəkəsi ""OBA" qonaq gedir" adlı yeni layihəyə start verib.
"OBA"DAN "LAYS AL, HƏDİYYƏ QAZAN!" – MÜSABİQƏ
FED.az xəbər verir ki, Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən "OBA" bu dəfə Bakının 7 rayonunda onlarla aztəminatlı ailənin evində qonaq olub, onlara Ramazan sovqatı çatdırıb.
Həmçinin, "OBA" nümayəndələri Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən şəhid xanımlarına verilən iftar süfrəsində iştirak edib və onlara Müqəddəs Ramazan münasibətilə bayram payı təqdim edib.
Marketlər şəbəkəsindən verilən məlumata görə, ""OBA" qonaq gedir" layihəsi il ərzində bir neçə dəfə həyata keçirilir və şəhid, qazi, aztəminatlı ailələr üçün nəzərdə tutulub.
"OBA" marketlər şəbəkəsi Müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər kəsə xoşbəxtlik və xeyir-bərəkət arzulayır.
Qeyd edək ki, "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan "OBA Market" MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi