Oktyabrın ilk günlərində rublun ucuzlaşmasının səbəbləri

Oktyabrın ilk günlərində rublun ucuzlaşmasının səbəbləriOktyabr ayında Rusiya rublu əsas valyutalar qarşısında ucuzlaşıb. Marja xəbər verir ki, bu gün dollar 63 rublu yenidən keçib. Moskva birjasında hərracların açılışında dolların məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 0,95% artaraq 63,29 rubl təşkil edib.
Rusiyalı iqtisadçıların sözlərinə görə, son zamanlar rublun möhkəmlənməsinin əsas amili əhəmiyyətli ticarət profisiti olmuşdu. Lakin idxalın tədricən canlanması ticarət balansının müsbət saldosunun azalmasına şərait yaradır, bu da milli valyutanın məzənnəsini zəiflədir. Hesablamalara görə, oktyabrda müsbət saldo 15-17 milyard dollar diapazonundan aşağı düşəcək.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Xarici valyutaya tələbin artması ilə yanaşı, Ukraynada vəziyyətin daha da gərginləşməsi də rublun zəifləməsinə səbəb olur, bunun da nəticəsində fiziki şəxslərin valyutaya tələbatı artır.
İqtisadçılar bunu da qeyd edirlər ki, bir neçə həftə ərzində, vergi dövrü yaxınlaşdıqca ixracatçıların valyuta satışı artacaq. Bu, rublun müəyyən qədər möhkəmlənməsi mərhələsinə gətirib çıxara bilər. Güman olunur ki, dollar vergi ödənişlərinin pik nöqtəsində 58-60 rubl zonasına qayıtmağa cəhd edə bilər.
Lakin rublun daha çox bahalaşması üçün geosiyasətlə bağlı gərginliyin zəifləməsi, qərb valyutalarının əldə edilməsinin daha da məhdudlaşması lazımdır.
Analitiklərin proqnozuna görə, oktyabrda dolların məzənnəsi 60-65 rubl zonasında qalmağa çalışacaq, eyni zamanda məzənnə 60 rubldan bir az aşağı da düşə bilər.
Qısası, son günlər rubl daha çox geosiyasi amillər fonunda dollara və avroya nisbətən ucuzlaşıb, Yaxın günlərdə də dinamikanın geosiyasi vəziyyətlə müəyyənləşəcəyi bildirilir. Bununla belə, rublun ucuzlaşmasını neft qiymətlərinin artması məhdudlaşdıra bilər. / marja.az

Maliyyə     Tarix: 11 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını


iqtisadi xeberler valyuta mezennesi rubl mezenne bitkoin qiymeti en son xeberler