Ölkədə neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

Ölkədə neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilibAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən neft və kimya sahəsində 8 yeni dövlət standartı qəbul edilib.
BU barədə Marja.az-a Agentlikdən bildirilib.
Qeyd edilib ki, yeni dövlət standartları mineral yağ tədarükçüləri və son istifadəçiləri üçün praktiki təlimat vasitəsi olacaq, o cümlədən neft və kimya sahələrində mövcud normativlərin təkmillləşdirilməsinə təkan verəcək.
Neft və kimya sahəsində 8 yeni dövlət standartı:
•  AZS CT PK 2473:2025 "Mexaniki transmissiya sistemləri üçün GL-4, GL-5 kateqoriyaları üzrə bütün mövsümlərdə işləyən yağlar. Texniki şərtlər;
• AZS ГОСТ 30333:2025 "Kimyəvi məhsulların təhlükəsizlik pasportu. Ümumi tələblər";
•  AZS ГОСТ P 51634:2025 "Avtotraktor mühərrik yağları. Ümumi texniki tələblər";
•  AZS СТ РК 2471:2025 "API üzrə SF, SJ, SL, SM, SN, CF-4, CG-4, CH-4, CL-4, CJ-4 kateqoriyaları üçün bütün mövsümlərdə işləyən universal motor yağları. Texniki şərtlər";
•  AZS ГОСТ 28084:2025 "Aşağıdonan soyuducu mayelər";
•  AZS ГОСТ 33341:2025 "İstilik mübadilə sistemləri üçün bütün mövsümlərdə işləyən aşağıdonan tərkiblər və soyuducu mayelər. Texniki şərtlər";
•  AZS СТ РК 2468:2025 "АУП hidravlik yağ. Texniki şərtlər";
•  AZS СТ РК 2467:2025 " МГЕ - 46В hidrohəcmli ötürücülər üçün yağ. Texniki şərtlər".
Qeyd edilib ki, bu standartların tətbiqində məqsəd sürtkü yağlarının istehsalının genişləndirilməsi və onların təhlükəsizlik tələblərinin vahid norma və qaydalar əsasında müəyyənləşdirilməsindən ibarətdir. 
Yeni dövlət standartları "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər"in standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 34) müzakirəyə çıxarılıb və AZSTAND tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə Normativ Sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd: Yeni dövlət standartları "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın 8.2.2-ci bəndinin icrası çərçivəsində "Sürtkü materiallarına, yağlara və xüsusi mayelərə olan tələblər haqqında" texniki reqlamentin istinad standartları kimi istifadə olunması məqsədilə müvafiq beynəlxalq standartların autentik tərcüməsi əsasında hazırlanıb".

Maliyyə     Tarix: 05 sentyabr 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari