Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
"Report" xəbər verir ki, sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb.
O bildirib ki, Ömər Faiq Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin isə ən yaxın silahdaşlarından olub: "Onun publisistikası satirik olmasa da, dövrün ən mühüm məsələlərini əhatə edib. Həmçinin əsərlərində qadın azadlığı, Azərbaycan dili məsələsinə önəm verib".
İ.Həbibbəyli Ömər Faiq Nemanzadənin kütləvi foto-albom monoqrafiyasının yaradılmasını təklif edib.
Sessiyada tarix elmləri doktoru, professor Solmaz Tohidi "Ömər Faiq Nemanzadə: Millətin gələcəyini işıqlı görmək inamı", filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova "Sarıqamış uğursuzluğu, rus və erməni genosidinin Ömər Faiq Nemanzadə publisistikasında şərhi", filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva "Molla Nəsrəddin" ədəbi məktəbi" adlı məruzələrlə çıxış ediblər.
Sonda Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov çıxış edib: "Ömər Faiq Nemanzadənin publisistik əsərlərindəki mövzular təkcə yaşadığı dövrü deyil, bu günümüz, sabahımız üçün də aktualdır. Böyük şəxsiyyətə verilən elmi dəyər üçün minnətdarlığımı bildirirəm".

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
McDonalds haqqında maraqlı faktlar
Ən çox gəlir gətirən onlayn bizneslər
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?