"Ötən il BOKT "İnternational" bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ

BOKT "İnternational" ASC-nin İdarə Heyətinin sədrinin müavini Kamil Lətifov ilə müsahibə.
- Kamil müəllim, 2025-ci ildə BOKT "İnternational" ASC-nin maliyyə fəaliyyətinin kənar audit yoxlamasının ümumi nəticələri necə olub? Auditor rəyi necədir?
- Auditin yekununda təşkilatımızın maliyyə hesabatlarına "müsbət rəy" təqdim olunub. Bu onu göstərir ki, təşkilatın fəaliyyəti, maliyyə hesbatlılığı şəffafdır. Təşkilatın real maliyyə vəziyyətini, gəlirlərini, aktivlərini, öhdəliklərini və əməliyyat nəticələrini şəffaf şəkildə əks etdirir. Həmçinin maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıbdır. Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisidir.
- Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas maliyyə göstəricilərində hansı dəyişikliklər qeydə alınıb?
- 2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit hesabatına əsasən, 2024-cü illə müqayisədə 2025-ci ildə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli böyümə nümayiş etdirib. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarımızın daha effektiv idarə olunması ilə bağlıdır.
Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da şirkətin maliyyə dayanıqlığının və gələcək inkişaf potensialının gücləndiyini göstərir. Xalis mənfəət isə 800 min manat civarında artıb. Mənfəətlilikdəki bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.
Ümumilikdə, bu göstəricilər BOKT-un bazardakı mövqeyinin möhkəmləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.
- Yoxlama zamanı BOKT-un daxili nəzarət və idarəetmə sistemləri necə qiymətləndirilib?
- Audit prosesi çərçivəsində yalnız maliyyə göstəriciləri deyil, eyni zamanda daxili nəzarət, risklərin idarə olunması və korporativ idarəetmə mexanizmləri də geniş şəkildə qiymətləndirilib.
BOKT-nin Təşkilatı strukturunda Daxili Nəzarət və RİE strukturu fəaliyyət göstərir. Hal-hazırda komanda böyüdülür, genişləndirlir. Eynilə RİE sahəsində də MB tələbləri və beynəlxalq tələblər icra edilir – kredit risklərinin idarə edilməsi mexanizmləri tətbiq edilir və stress testlər aparılır. Risk limitləri müəyyən edilir və nəzarət olunur.
- Auditorlar kredit portfelinin keyfiyyətini necə qiymətləndiriblər?
Audit nəticələrinə əsasən, kredit portfelimizin keyfiyyəti qənaətbəxş və dayanıqlı qiymətləndirilib. Cari kredit portfelimiz 53 milyon manat təşkil edir, 2024-cü illə müqayisədə 2025-ci ildə portfelimiz 15 milyon manat artıbdır. PAR göstəricilərimiz də bazara uyğun olaraq tənzimlənir.
- Audit qiymətləndirilməsinə əsasən Təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?
Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir. Buna təşkilatın kapitalı və aktivləri imkan verir. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir.
- Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?
Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.
Kapitalımız 2025 il sonuna 14 milyon 154 min manat təşkil edir. Keçən illə müqayisədə 2 milyon manat artım olub. Bu da əsas dayanıqlıq göstəricilərindən biridir. 
-  Qiymətli kağızlar (istiqraz) portfeliniz nə qədərdir və şərtləri necədir?
- Təşkilatın 2025-in sonuna istiqraz portfeli 16 milyon manat təşkil edir. 2024-cü illə müqayisədə portfeldə 3 milyon manat artım olmuşdur. Müştərilərə qiymətli kağızlar üzrə geri ödəmə məbləğimiz 2025-ci ildə 9 511 000 manat təşkil etmişdir.
Cari dövrdə istiqraz portfelimiz 23 milyon təşkil edir. Bu artım həm investor marağının yüksəlməsi, həm də şirkətin kapital bazarlarında etibarlı iştirakçı kimi qəbul olunmasının nəticəsidir. İstiqraz portfelinin genişlənməsi bizim maliyyə resurslarımızın daha diversifikasiya olunmuş şəkildə idarə olunmasına imkan yaradır və ümumi likvidlik mövqeyimizi gücləndirir.
Şərtlərimiz isə müxtəlif formada olur. Müştərilərə müdətdən asılı olaraq illik 15-18 faiz civarında gəlirlilik təqdim edirik. Ümumilikdə məqsədimiz həm institusional, həm də fərdi investorlar üçün etibarlı, şəffaf və stabil gəlir gətirən investisiya alətləri təqdim etməkdir.
- Müsahibəyə görə, təşəkkür edirik.
/ marja.az

Banklar     Tarix: 25 may 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq