Ötən il həbs olunan psixiatr-həkim məhkəmə zalından azadlığa buraxılıb
Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham olunan Lerik Rayon Mərkəzi Xəstəxanasının psixiatr-həkimi Balaş Təhməzov və Şirvan şəhər sakini Adil Zərbiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Balaş Təhməzov və Adil Zərbiyevə altı il şərti cəza təyin olunaraq məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, Şirvan şəhər sakini Adil Zərbiyev bir qrup Sabirabad rayon və Şirvan şəhər sakinlərinə guya Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində işləyən tanışları vasitəsilə əlillik dərəcəsi təyin etdirəcəyini vəd edib aldadaraq 2019-cu ilin sonlarında onlara məxsus ümumilikdə 9 min 500 manat pul vəsaitini ələ keçirib və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik edib.
Həmçinin o, Lerik Rayon Mərkəzi Xəstəxanasında psixiatr-həkim vəzifəsində çalışan Balaş Təhməzov ilə cinayət əlaqəsinə girərək əlillik dərəcəsi təyin edilməsi ilə bağlı onlara müraciət etmiş şəxslərə guya yüksək vəzifədə olan tanışlarının köməkliyi ilə müxtəlif səhiyyə müəssisələrində stasionar müalicə almalarına dair saxta xəstəlik tarixçələri əldə edərək təqdim edəcəklərini və dayandırılmış əlillik dərəcələrinin bərpa edilməsinə köməklik göstərəcəklərini vəd edərək ayrı-ayrı vətəndaşlardan ümumilikdə altı min manat məbləğində pul vəsaitini alaraq dələduzluq yolu ilə ələ keçirib və vətəndaşları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Adil Zərbiyev və Balaş Təhməzova Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq), 178.2.2 (təkrar dələduzluq), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə) və digər maddələri ilə ittiham elan edilərək, barələrində həbs qətimkan tədbiri seçilib.
///APA

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Onlayn biznes növləri
McDonalds haqqında maraqlı faktlar
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir?