"Ötən il "PAŞA Bank" dayanıqlı artımlar nümayiş etdirib"

"2007-ci ildən etibarən fəaliyyətimizin mərkəzində real sektor olub. Agrar biznesdən, nəqliyyat və sənayeyə qədər, ticarətdən xidmət sektoruna qədər minlərlə biznesin inkişaf yolunda "PAŞA Bank" olaraq tərəfdaş olmuşuq. Xüsusilə qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində sahibkarların və şirkətlərin maliyyə çıxışının genişləndirilməsi bizim üçün yüksək bir prioritet olub. Bugün "PAŞA Bank" Azərbaycanın aparıcı özəl korporativ maliyyə institutlarından biri kimi bazardakı mövqeyini daha da gücləndirib".
Marja.az-ın əlumatına görə, bunu keçirilən mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev bildirib.
Bankın sədri qeyd edib ki, ötən il ərzində "PAŞA Bank"ın həm aktivləri, həm kredit portfeli, həm də depozit bazası daha da dayanıqlı artım nümayiş etdirib:
"Müştəri bazamız genişlənib, kapital mövqeyimiz daha da möhkəmlənib və bazarda etibarlı tərəfdaş olaraq rolumuzu güclənməyə davam etmişik. Eyni zamanda biz transformasiya istiqamətində də mühüm addımlar atmışıq. Müştəri təcrübəsinin yaxşılaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xidmət modelinin yerinə yetirilməsi və daxili proseslərin sürətləndirilməsi ötən il əsas prioritetlərin sırasında olmuşdur. Bu yanaşma aydın konkret nəticələr verib. Daha çevik xidmət modeli, daha sürətli qərarvermə və daha yüksək müştəri məmnuniyyəti göstəriciləri bunun aydın nümunəsidir. 2025-ci ildə  həm regional, həm dünyada baş verən iqtisadi qeyri-sabitlik fonunda "PAŞA Bank"dayanıqlı inkişaf tempini qoruyaraq güclü maliyyə və əməliyyat nəticələri nümayiş etdirib. "PAŞA Bank"ın cəmi cəmi aktivləri keçən il ərzində 14% artaraq 9 milyard 844 milyon manata çatıb. Bunun əsas səbəbi həm müştərilər tərəfindən cəlb olunan vəsaitlər, həm bizim qiymətli kağızlar vasitəsilə əldə edilən vəsaitlər olmuşdur. Ümumi gəlirlərimiz çox sabitdir, 6% artım tempi göstərir. Faiz gəlirlərimiz 13%, qeyri-faiz gəlirlərimiz, yəni komissiya gəlirlərimiz 9% artım tempi göstərmişdir. Müştərilərə verilən ümumi kreditlərimiz il ərzində 5% artıb və 3 milyard 883 milyon manat səviyyəsinə çatıb. Onun əksər hissəsi biznes kreditlərinə aiddir, yəni böyük orta və kiçik sahibkarlara və şirkətlərə verilən kreditlər olmuşdur.  Kredit portfelimizdə ən yüksək artım tempi göstərən KOS seqmentinə aid kredit portfeli olub. Bu göstərici iri və orta biznes seqmentləri ilə müqayisədə daha yüksəkdir".
Xəbər yenilənəcək...

Banklar     Tarix: 25 may 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq