Özbəkistan Rusiyanın "üçlü qaz ittifaqı" ideyasından imtina edib
Özbəkistanın baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamahmudov bildirib ki, "Rusiya ilə qaz müqaviləsi bağlansa belə, bu, müttəfiqlik demək deyil". Onun sözlərinə görə, Moskva və Daşkənd qonşu Qazaxıstan vasitəsilə Rusiya qazının tədarükü ilə bağlı danışıqlar aparır, lakin "bu, texniki müqavilə olacaq".
Banker.az bu barədə "RBC"ya istinadən xəbər verir.
"Tələbi ödəmək, daxili istehlakı təmin etmək və problemi həll etmək üçün bu gün biz qaz və elektrik enerjisinin hansısa ittifaq deyil, qonşu ölkələrdən idxalı yolu ilə bağlı danışıqlar aparırıq", - deyə Jorabek Mirzamahmudov söyləyib.
"Reuters"in qeyd etdiyi kimi, soyuq qış fonunda Özbəkistan yanacaq qıtlığı yaşayır və hətta Çinə gündəlik 6 milyon kubmetr qaz ixracını dayandırmaq məcburiyyətində qalıb.
Mirzəmaxmudovun istinad etdiyi Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, ölkədə ildə təqribən 52 milyard kubmetr təbii qaz hasil edilir, idxal 4 milyard kubmetr, ixrac isə 2.7 milyard kubmetr təşkil edir.

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznesə aid ən yaxşı 10 kitab
Start-up nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?