"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"

"PAŞA Bank xalis mənfəətinin 35-40 faizini səhmdarlarına dividend olaraq ödəyə biləcəyini elan etsə də, adətən xalis mənfəətinin 60%-nədək məbləği dvidend olaraq bölüşdürür".
Marja.az-ın məlumatına görə, bunu keçirilən mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov bildirib.
 "PAŞA Bank" 2025-ci ili 190 milyon 271 min manat xalis mənfəət ilə başa vururb. İyun ayının 2-ci yarısında Səhmdarların ümumi yığıncağı keçiriləcək. 2025-ci ilin nəticələri üzrə 107 milyon manat dividend elan ediləcəyi barədə qərar qəbul olunacağını gözləyirik (xalis mənfəətin 56% - red)",- Murad Süleymanov deyib.
Qeyd edək ki, Səhmlərin İlkin Kütləvi Təklifi (İPO) çərçivəsində davam edən abunə yazılışı üzrə bugünədək "PAŞA Bank"ın səhhmlərinə 13 min unikal investor sifariş yerləşdirib.
 "PAŞA Bank"  2025-ci ildə 2024-cü ilin nəticələri üzrə 224 milyon 121 min manat xalis mənfəətindən 129 milyon manat məbləğində dvidend elan etmişdi.
YENİ SƏHMDARLAR DA 2025-Cİ İLİN XALİS MƏNFƏƏTİNDƏN DİVİDEND ALACAQLAR
Murad Süleymanov vurğulayıb ki, İlkin Kütləvi Təklif (Initial Public Offering - IPO) nəticəsində "PAŞA Bank"ın yeni səhmdarı olacaq investorlar da tam 2025-ci ilin xalis mənfəətindən dvidend əldə edəcəklər. 
Xəbər verdiyimiz kimi, "PAŞA Bank" "Paylaşdıqca böyüyürük. Birlikdə" şüarı altında elan etdiyi İlkin Kütləvi Təklif (Initial Public Offering - IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini 12 iyun 2026-cı il tarixinədək uzadıb.
PAŞA Bank kapitalının 5%-ni təşkil edən cəmi 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar PAŞA Bank-ın mobil tətbiqi, həmçinin PAŞA Kapital, Birbank Invest, ABB Invest, Unicapital, Leobank və Yelo Bank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə prosesdə PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisi və digər lisenziyalaşdırılmış İnvestisiya Şirkətlərinə müraciət etməklə iştirak mümkündür.
Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin.
PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

Banklar     Tarix: 25 may 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler rubl mezenne bitcoin dollar mezenne biznes qurmaq