"PAŞA Bank" "Best Private Bank" mükafatına layiq görülüb

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" nüfuzlu "Global Finance" nəşri tərəfindən təqdim edilən "World"s Best Private Banks 2025" mükafatlarının qaliblərindən biri olaraq tanınıb. 2024-cü ildə də eyni nominasiyada qalib olan Bank yüksək gəlirli şəxslərə göstərdiyi müstəsna maliyyə xidmətlərinə görə bu mükafatla təltif olunub.
"PAŞA Bank"ın özəl və fərdi bankçılıq üzrə baş direktoru Aqşin Mirzəzadə bildirib ki, "CustomerFirst" yanaşması Bankın fəaliyyətinin mərkəzində duran əsas prinsipdir. "PAŞA Bank"ın təkrarən laureatlar siyahısında olması onun müştərilərinə fərdi bankçılıq sahəsində dayanıqlı və yüksək səviyyəli xidmət təqdim etdiyini sübut edir.
"Bankımızın "CustomerFirst" təşəbbüsü və müştəri mərkəzliliyi həmişə uğurumuzun təməl dəyəri olub. Bu baxımdan, dünyanın ən yaxşı özəl bankları arasında yer almaq "PAŞA Bank"ın növbəti nailiyyətidir. Müştərilərimizin ehtiyacları və arzuları hər zaman bizim üçün prioritet təşkil edir. Biz, yüksək gəlirli şəxslərin unikal ehtiyaclarını anlamağa davam edərək, onların maliyyə uğurlarını və uzunmüddətli rifahını təmin etmək üçün çalışırıq," – deyə, Mirzəzadə qeyd edib.
Özəl və fərdi bankçılıq üzrə baş direktor bildirib ki, Bank "CustomerFirst" müştəriyönümlü yanaşmasını daha da gücləndirərək mükəmməl, innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam edəcək.
Mükafata, 1 iyul 2023-cü il və 30 iyun 2024-cü il tarixləri arasındakı dövrdə yüksək gəlirli müştərilərin xüsusi ehtiyaclarını ən yaxşı şəkildə qarşılamağı bacaran banklar layiq görülüb. Mükafatların təqdimatı mərasimi 19 mart 2025-ci il tarixində Nyu-Yorkda keçirilib.
Qeyd edək ki, 2010-cu ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur və son illər ərzində bir sıra fərqli məhsullarla bazarda çıxış edib.  Həmin ildən etibarən özəl bankçılıq seqmentində beynəlxalq təcrübəni təqdim edir, müştərilərə üst səviyyə xidmət və premium məhsulları, o cümlədən Azərbaycanda və ölkə xaricində investisiya, sərvətin idarə edilməsi, hər bir müştəri üçün risk profilinə uyğun xüsusi hazırlanmış xidmətləri ilə bazarda daim seçilir. Fəaliyyəti nəticəsində əldə etdiyi uğurlara görə fərqli illərdə "PASHA Private Banking" nüfuzlu beynəlxalq mükafatlar, o cümlədən "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı" və "Ən yaxşı bank qrupu" nominasiyalarında fərqləndirilib.
"PASHA Private Banking" xidmətləri haqqında ətraflı məlumat almaq və təklif etdiyi üstünlüklərdən və imtiyazlardan yararlanmaq üçün bu linkə keçid edin. / banker.az

Banklar     Tarix: 03 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya