"PAŞA Bank" günəş elektrik stansiyası layihəsinin bir hissəsini maliyyələşdirəcək - Kredit müqaviləsi imzalanıb

Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank və "CEİ Naxçıvan" MMC, Azerbaijan Green Energy Company (AGEC) müəssisəsinin  törəmə şirkəti  Naxçıvan Muxtar Respublikasında inşa ediləcək "Şəms 1" günəş elektrik stansiyasının layihə maliyyələşdirilməsi üzrə kredit müqaviləsi imzalayıblar.
Marja xəbər verir ki, Tərəflər arasında əldə olunan razılaşma Azərbaycanın yaşıl enerji gündəliyinin irəlilədilməsi, dayanıqlı enerji infrastrukturunun inkişafı və aşağı karbonlu iqtisadiyyata keçidin dəstəklənməsi istiqamətində mühüm addımdır.
Kredit müqaviləsi layihənin maliyyələşdirilməsi şərtlərini müəyyən edir və PAŞA Bankın günəş elektrik stansiyasının ümumi investisiya dəyərinin bir hissəsinin maliyyələşdirilməsini nəzərdə tutur.
AGEC tərəfindən Babək rayonu ərazisində, Başbaşı kəndi yaxınlığında inşa ediləcək "Şəms 1" günəş elektrik stansiyası 25 MVt gücə malik olacaq. Layihə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının artırılmasına, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə, ölkənin enerji balansında bərpa olunan enerji mənbələrinin payının yüksəldilməsinə və Azərbaycanın iqlim hədəflərinə nail olunmasına mühüm töhfə verəcək.
PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsində maliyyə institutlarının rolu getdikcə daha da artır.
"Şəms 1" layihəsinə dəstəyimiz Azərbaycanın bərpa olunan enerji potensialının inkişafına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və real sektorda yaşıl investisiyaların təşviqinə yönəlmiş uzunmüddətli strategiyamızın növbəti mühüm addımıdır. Bu layihə PAŞA Bankın Azərbaycan Respublikası Mərkəzi Bankının bank sektoru qarşısında müəyyən etdiyi 2030-cu ilədək 2 milyard manat həcmində yaşıl maliyyələşdirmə hədəfinin reallaşdırılmasına verdiyi növbəti töhfədir. İnanırıq ki, dövlət və özəl sektor arasında belə tərəfdaşlıqlar ölkənin dayanıqlı inkişafına, enerji keçidinin sürətlənməsinə və gələcək nəsillər üçün daha dayanıqlı iqtisadi mühitin formalaşmasına mühüm töhfə verir."
AGEC-in İdarə Heyətinin sədr müavini və "Clean Energy İnvest" şirkətinin Baş İcraçı Direktoru Xəyalə Nağıyevanın sözlərinə görə, "Şəms 1" layihəsi Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji istehsalının genişləndirilməsi və Azərbaycanın yaşıl enerji portfelinin gücləndirilməsi baxımından mühüm strateji addımdır.
"Hazırda Naxçıvan Azərbaycanın bərpa olunan enerji sahəsində əsas mərkəzlərindən biri kimi formalaşır və bu layihə regionun yaşıl enerji zonasına çevrilməsini hədəfləyən milli strateji baxışla tam üst-üstə düşür. Bu kimi layihələrin uğurla həyata keçirilməsi üçün maliyyə sektoru ilə qurulan etibarlı və uzunmüddətli tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır. PAŞA Bank ilə əməkdaşlığımız bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsində strateji tərəfdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir və bu cür əməkdaşlıqlar ölkəmizin enerji keçidinin sürətləndirilməsinə, dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə və investisiya mühitinin daha da güclənməsinə xidmət edir. Bu layihə "Clean Energy İnvest" şirkətinin portfelində  Dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində həyata keçirdiyi sayca ikinci iri miqyaslı layihəsidir. Ümumiyytətlə, AGEC olaraq məqsədimiz külək və günəş enerjisi layihələri vasitəsilə enerji sektorunun diversifikasiyasına və modernizasiyasına töhfə vermək, məsuliyyətli investisiya yanaşmasını təşviq etmək və ölkədə bərpa olunan enerji sahəsində milli potensialın formalaşdırılmasını dəstəkləməkdir. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycanın uzunmüddətli enerji hədəflərinin reallaşdırılmasına dəstək olacaq və gələcək nəsillər üçün daha dayanıqlı enerji sisteminin qurulmasına xidmət edəcək", – deyə X. Nağıyeva bildirib.
Qeyd edək ki, dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir. Bank son illərdə enerji səmərəliliyinin artırılması, aşağı karbonlu nəqliyyatın inkişafı, su ehtiyatlarının səmərəli idarə olunması və sənaye müəssisələrinin dekarbonizasiyasına yönəlmiş bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib. Bu layihələr Azərbaycanın yaşıl transformasiyasını sürətləndirməklə yanaşı, real sektorda dayanıqlı investisiyaların genişlənməsinə də töhfə verir.
"Şəms 1" layihəsi PAŞA Bankın yaşıl maliyyə portfelinin növbəti mühüm mərhələsini təşkil edir və Bankın ölkədə bərpa olunan enerji, dayanıqlı infrastruktur və aşağı karbonlu iqtisadiyyatın inkişafına yönəlmiş strateji layihələrin maliyyələşdirilməsinin uzunmüddətli prioritetlərindən biri olduğunu bir daha təsdiqləyir.
/ marja.az

Banklar     Tarix: 22 iyul 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti