"PAŞA Bank"dan Sahibkarlar Günü münasibətilə eksklüziv kampaniya

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 25 aprel Sahibkarlar Günü münasibətilə kiçik və orta biznes sahibləri (KOS) üçün xüsusi kampaniya təqdim edir.
Bank, maliyyə əlçatanlığını artırmaq və sahibkarlara daha sərfəli şərtlərlə maliyyə dəstəyi göstərmək məqsədilə 7 aprel – 10 may 2025-ci il tarixlərində onlayn biznes kredit məhsulu üzrə illik faiz dərəcəsinə 2% endirim (10%-dən başlayaraq) təklif edir. Qeyd edək ki, onlayn biznes kredit müraciəti təsdiq olunduqda, 250 000 AZN-ə qədər vəsait 2 saat* ərzində sahibkarın hesabına köçürülür. Üstəlik, heç bir girov tələb olunmur. Ən əsası isə, bu kreditdən yararlanmaq üçün bank hesabı açmağa ehtiyac yoxdur.
"PAŞA Bank" qeyri-bank müştəriləri üçün də əlverişli imkanlar yaradır. Kampaniya çərçivəsində bank müştərisi olmayan sahibkarlar bank hesabı açmadan da rahat və sürətli şəkildə onlayn biznes krediti üçün müraciət edə bilərlər.
Sahibkarlar Günü münasibətilə biznesinizi böyütmək və yeni imkanlar əldə etmək üçün "PAŞA Bank"ın təqdim etdiyi bu fürsətdən yararlanmaq üçün linkə keçid edin.
"PAŞA Bank"ın təqdim etdiyi bütün kredit məhsulları rəqəmsaldır və KOS müştəriləri, fiziki sənəd təqdim etmədən, Bankın filiallarına getmədən tamamilə onlayn şəkildə müraciət edə bilərlər. Bu rahat və sürətli proses sahibkarlara bizneslərini daha çevik və effektiv şəkildə idarə etməyə imkan verir.
Qeyd edək ki, "PAŞA Bank" 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" beynəlxalq nəşri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib.
*Şərtlər tətbiq ediləcəkdir. / banker.az

Banklar     Tarix: 07 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler online pul qazanmaq bitkoin qiymeti internetden pul qazanmaq investisiya