"PAŞA Bank"dan sahibkarlara yeni kampaniya: "mPOS" ilə "Mastercard" ödənişlərinə 0% komissiya
®Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə "PAŞA Bank" yeni təşəbbüslərini davam etdirir.
Bank sahibkarlar üçün yeni kampaniyaya start verib. 30 iyun 2025-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində, müştərilər "mPOS" terminalı üzərindən "Mastercard" kartları vasitəsilə qəbul etdikləri ödənişlər üçün heç bir komissiya ödəməyəcəklər. Bu təşəbbüs sahibkarların ödəniş proseslərini daha sərfəli və səmərəli şəkildə idarə etmələrini hədəfləyir. Kampaniya bankın həm cari, həm də "mPOS" sifariş edən yeni müştərilərinə şamil olunur.
"mPOS" sifariş etmək və kampaniyadan yararlanmaq üçün linkə keçid edin.
Qeyd edək ki, "mPOS" məhsulu "Android" əməliyyat sistemli smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan "mPOS" məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.
"PAŞA Bank" 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" beynəlxalq nəşri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib. / banker.az

Enerji xərclərinizi "Unibank"la azaldın
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Kriptovalyuta nədir və necə alınır?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?