"PAŞA Bank"ın dəstəyi ilə "Bebras" informatika yarışı keçirilib
®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın dəstəyi ilə şagirdlər üçün "Bebras" İnformatika və Alqoritmik düşüncə yarışı keçirilib.
Beynəlxalq "Bebras" İnformatika və Alqoritmik müsabiqəsi proqramlaşdırma bilikləri tələb etmədən şagirdlərin alqoritmik və məntiqi təfəkkürünü qiymətləndirmək məqsədi daşıyan layihədir. Müsabiqə şagirdlərə informatika ilə yanaşı məntiq və riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə və sağlam rəqabət aparmağa imkan yaradır. Onlayn müsabiqə zamanı 2-10-cu sinif şagirdləri 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun əyləncəli formada müxtəlif tapşırıqların həllinin tapılması üçün yarışıblar.
"ÖzünÖyrən" tədris platformasının təşkilatçılığı ilə keçirilən "Bebras" yarışında iştirak etmək üçün 270 məktəb qeydiyyatdan keçmişdir. Bu siyahı Bakı, Naxçıvan, Gəncə, Quba, Kəlbəcər, Ağdam, Göygöl, Lerik, Cəlilabad, Lənkəran, İsmayıllı və digər bölgələr də olmaqla 61 şəhər və rayonu əhatə edib.
Müsabiqədə ən yüksək bal toplamış şagirdlər 2024-cü ildə keçiriləcək final mərhələsinə dəvət ediləcəklər.
Qeyd edək ki, "Bebras" müsabiqəsi 2004-cü ildən başlayıb və hər il dünyanın 70-dən çox ölkəsindən yüz minlərlə şagird bu yarışda iştirak edir. Azərbaycan bu müsabiqədə 2013-2016-cı illərdə aktiv iştirak etmişdir.
/ banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
McDonalds haqqında maraqlı faktlar