"PAŞA Bank"ın dəstəyi ilə keçirilən "Best Managed Companies Azerbaijan 2024" müsabiqəsinin ikinci mərhələsinə start verildi

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə keçirilən "Best Managed Companies Azerbaijan 2024" biznes müsabiqəsinin ikinci mərhələsinə start verilib.
Qeyd edək ki, müsabiqənin ikinici mərhələsi çərçivəsində iştirakçı şirkətlərlə işgüzar görüşlər keçirilir və bu layihənin əsas qiymətləndirmə meyarlarına uyğun müzakirələr aparılır. Təlimlər zamanı xüsusi tərtib edilmiş suallar cavablandırılır, beynəlxalq miqyasda fəaliyyət göstərən şirkətlərə məxsus təcrübə və məlumat paylaşılır. Məhz bu mərhələdə iştirakçı şirkətlərin bütün potensialı aşkarlanır.
Müsabiqənin qaydalarına əsasən iştirakçı şirkətlərin idarə edilməsi müstəqil münsiflər heyəti tərəfindən dörd meyar – strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri əsasında dəyərləndirilir.
Beləliklə, layihənin əsas məqsədi Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, biznes subyektlərinin korporativ idarə edilməsi, insan resursları, likvidlik və kapitalın idarəolunması sahələrinin təkmilləşdirilməsinə dəstək olmaq və bununla da ölkənin biznes mühitinin inkişafına töhfə verməkdir.
"Best Managed Companies Azerbaijan" layihəsi illik gəliri 20 milyon AZN-dən yüksək olan, özəl sektorda çalışan qabaqcıl Azərbaycan şirkətlərinin uğurlarını yerli bazarda və beynəlxalq arenada tanıtmaq üçün unikal bir fürsətdir. Bu platforma Azərbaycanın biznes icması üçün bilik və təcrübəni paylaşmağa, dayanıqlı inkişaf prinsiplərinə önəm verən şirkətlərin bazarda tanınmasına və onların beynəlxalq biznes mühitinə inteqrasiya olmasına imkanlar yaradır. Müsabiqənin qalibləri "Best Managed Companies" beynəlxalq şirkətlər şəbəkəsinə qoşulub dünyaca məşhur şirkətlər siyahısında yer alırlar.
"PAŞA Bank"ın və "Deloitte" şirkətinin sıx əməkdaşlığı nəticəsində 2021-ci ildən Azərbaycanda keçirilən bu müsabiqədə ümumilikdə 40-a yaxın şirkət iştirak edib və 5 şirkət "Best Managed Companies Azerbaijan" titulu ilə təltif edilmişdir. Bu şirkətlər iki il ardıcıl olaraq qalib olan "METAK" və "Veysəloğlu Şirkətlər Qrupu", 2022-ci il ildə ilk dəfə iştirak edərək qalib olan "SƏBA" və 2023-cü ildə ilk dəfə qalib olan "AVRORA Qrup" və "NORM Sement" şirkətləridir. Müsabiqənin builki sponsorları "PAŞA Bank" və  "Deloitte Private", tərəfdaşları Sahibkarlığın İnkişafı Fondu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyadır.
"Best Managed Companies" mükafat proqramı 1993-cü ildə Kanadada "Deloitte Private" tərəfindən yaradılıb. Bu günə kimi nüfuzlu biznes mükafatı proqramı kimi tanınan layihə 46 ölkədə həyata keçirilir. Buraya Çin, ABŞ, cənub-şərqi Asiya, Hollandiya, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika və Çili aiddir. / banker.az

Banklar     Tarix: 06 fevral 2024

Oxşar xəbərlər

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin dollarin kursu bu gun kripto biznes ideyalari