"PAŞA Bank"ın dəstəyi ilə nəşr edilmiş "Proqramlaşdırma yarışlarına hazırlıq" kitabının təqdimatı keçirilib
®Dekabrın 14-də Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"ın dəstəyi ilə nəşr edilmiş "Proqramlaşdırma yarışlarına hazırlıq" kitabının təqdimatı keçirilmişdir. Kitab ölkədə yarış proqramlaşdırmasının əsasını qoymuş, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasına rəhbərlik etmiş görkəmli alim və pedaqoq Ramin Mahmudzadəyə həsr edilmişdir.
ADA Universitetində keçirilən təqdimat mərasiminə Milli Məclisin üzvləri, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Təhsil İnstitutu, Dövlət İmtahan Mərkəzi, "PAŞA Bank" və ADA Universitetinin nümayəndələri, digər universitetlərin rektorları və İT kafedralarının rəhbərləri dəvət olunublar.
Kitabın təqdimat mərasimində "PAŞA Bank"ın texnologiya blokunun baş direktoru Vüsal Xəlilov müasir Azərbaycanda informatika və proqramlaşdırma elmlərinin inkişafında, bu sahədə saysız gənc kadrların peşəkar kimi yetişməsində və onların gələcək uğurlarında Mahmudzadənin müstəsna rolunu qeyd etmişdir.
"Uzun illərdir ki, həm ölkədə, həm də xaricdə beynəlxalq şirkətlərdə Ramin müəllimin xeyli sayda yetirməsi yüksək peşəkarlıq tələb edən vəzifələrdə çalışırlar. Bu gün aramızda olmasa da, düşünürəm ki, bundan sonra da İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında Ramin müəllimin zəhməti daha çox bəhrə verəcəkdir. Əminəm ki, PAŞA Bankın dəstəyi ilə nəşr edilmiş bu kitab Azərbaycanın istənilən guşəsində olan məktəbli və tələbəyə öz doğma dilində fundamental biliklərə yiyələnməkdə kömək edəcəkdir," – deyə, Xəlilov bildirib.
Qeyd edək ki, İsmayıl Sadiqov (Calallı) və Mixail Medvedyev tərəfindən yazılmış kitabda proqramlaşdırma olimpiadalarının keçirilmə mexanizmi və onlara necə hazırlaşmaq yolları ətraflı təsvir edilir və əsas mövzuların və alqoritmlərin təhlili verilir. Nəşr ilk növbədə proqramlaşdırma müsabiqələrinə hazırlaşan şagird və tələbələr, onların müəllimləri üçün nəzərdə tutulmuşdur. Kitab həmçinin dərs vəsaiti olaraq informatika təmayüllü liseylər, ali və orta ixtisas təhsilli müəssisələrinin İKT ixtisaslarının tələbələri üçün də faydalı olacaqdır.




/ banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
McDonalds haqqında maraqlı faktlar