"PAŞA Bank"ın İdarə Heyətinə yeni təyinatlar olub
Bu gün "PAŞA Bank" ASC-ni Müşahidə Şurasının qərarına əsasən, bankın İdarə Heyətinin tam tərkibdə formalaşması yekunlaşıb.
Bu barədə "Report"a bankdan bildirilib.
Belə ki, bankın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev Bankın İdarə Heyəti sədrinin müavini təyin edilib. Bəhruz Nağıyev yeni təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edəcəkdir.
Eyni zamanda "PAŞA Holding" MMC-nin Qrup üzrə Maliyyə və İT Departamentinin direktoru Murad Süleymanov "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı təyin edilib.
Xatırladaq ki, Bəhruz Nağıyev "PAŞA Bank" komandasına Xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində 2011-ci ildə qoşulub, 2013-cü ildə isə o, Menecment İnformasiya sistemi və Büdcə funksiyası üzrə eksperti vəzifəsinə təyin edilib. 2014-cü ildə B. Nağıyev Xəzinədarlıq və Kapital bazarlar departamentinin direktoru təyin edilib. 29 mart 2018-ci ildə B.Nağıyev Baş maliyyə İnzibatçısı və İdarə Heyətinin Üzvü təyin edilib.
Murad Süleymanov əmək fəaliyyətinə 2008-ci ildən "EY" şirkətinin Azərbaycan nümayəndəliyində başlayıb və burada audit mütəxəssisi, audit eksperti və baş ekspert vəzifələrində çalışıb. 2011-ci ildə M.Süleymanov "PAŞA Sığorta" şirkətində Maliyyə departamentinin direktor müavini və 2013-cü ildən direktor vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin noyabr ayından isə M. Süleymanov şirkətinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Bill Qeyts kimdir?
Dropshipping nədir?
Bitcoin necə işləyir?
Cash Back nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər