"PAŞA Bank"ın sədri ABA-nı 35 illik yubileyi münasibəti ilə təbrik edib
"PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycan Banklar Assosiasiyasını (ABA) 35 illik yubileyi münasibəti ilə təbrik edib.
Marja.az xəbər verir ki, təbrikdə deyilir:
"Uzun illərdir ölkəmizdə bank sektorunun inkişafı, maliyyə sisteminin möhkəmləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan Banklar Assosiasiyası 35 illik yubileyini qeyd edir. Bu münasibətlə Assosiasiyanın rəhbərliyini və bütün əməkdaşlarını şəxsən və "PAŞA Bank" kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Banklar Assosiasiyası ilə qurduğumuz uzunmüddətli sıx əməkdaşlıq "PAŞA Bank" üçün hər zaman xüsusi önəm kəsb edib və bu tərəfdaşlığı sektor üçün dəyər yaradan mühüm bir amil hesab edirik. Assosiasiya banklararası əlaqələrin gücləndirilməsinə, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsinə, sektorun tənzimlənməsinə və məlumatlılığın artırılmasına böyük töhfələr verir. Həmçinin, sektorda dayanıqlılığın təmin olunmasında və ortaq maraqların müdafiəsində vacib bir platforma kimi çıxış edir.
Ümidvaram ki, Assosiasiyanın gələcək fəaliyyəti də indiyədək olduğu kimi, bankçılıq sahəsinin dayanıqlı inkişafı naminə uğurlu nəticələr verəcək. Bu münasibətlə Assosiasiya rəhbərliyinə və komandasına səmimi təşəkkürlərimi bildirir və gələcəkdə yeni zirvələr arzulayıram".

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları