PASHA Bank Gürcüstanda BTQ dəmir yolu layihəsi üzrə tranzaksiya bankçılığı xidmətləri göstərib
Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun yenidən qurulması və modernləşdirilməsi layihəsi Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində Gürcüstanda yerləşən 183 kilometrlik dəmir yolu xətti yenidən qurularaq Asiya ilə Avropanı birləşdirən strateji beynəlxalq nəqliyyat dəhlizinə çevrilib.
PASHA Bank Gürcüstanda layihənin həyata keçirilməsi müddətində maliyyə əməliyyatlarının dəstəklənməsi məqsədilə tranzaksiya bankçılığı xidmətləri göstərib.
"PASHA Bank-ın bu strateji layihənin bank tərəfdaşı olmasından qürur duyuruq. Belə miqyaslı infrastruktur layihələrinin uğurla həyata keçirilməsi üçün etimad, maliyyə dayanıqlığı və çevikliyin həlledici əhəmiyyət daşıdığını xüsusi vurğulamaq istərdik. Bu layihədə uğurlu iştirakımız sayəsində əlavə dəyər yarada bildiyimiz üçün məmnunuq", – deyə PASHA Bank Gürcüstanın baş icraçı direktoru Ramil İmamov bildirib. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Layihə menecmenti nədir?
Biznesə aid ən yaxşı 10 kitab
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Birbank xidmətinə necə qoşulmaq olar?