Payızda Rusiya rublunun yenidən ucuzlaşacağı gözlənilir - 4 SƏBƏB

Payızda Rusiya rublunun yenidən ucuzlaşacağı gözlənilir - 4 SƏBƏBRusiyanın "Alfa-İnvestisiya" şirkətinin analitikləri bu payızda Rusiya rublunun dəyər itirəcəyini proqnozlaşdırırlar. Onlar rublun ucuzlaşmasının əsas səbəblərini də açıqlayıblar.
Marja.az xəbər verir ki, Şirkətin baza ssenarisinə görə, ilin sonuna qədər ABŞ dollarının məzənnəsi 90–95 rubl diapazonuna qayıdacaq. Qeyd edək ki, avqustun 20-də dollar 80,10 rubl, avro 93,47 rubl, yuan isə 11,14 rubl təşkil edib.
Büdcə kəsirinin genişlənməsi
"Alfa-İnvestisiya"nın baş analitiki İqor Qalaktionov bildirib ki, ilin ilk yeddi ayında büdcə kəsiri 4,9 trilyon rubl olub. Bu isə bütün 2025-ci il üçün planlaşdırılmış 3,8 trilyon rubldan artıqdır. Onun sözlərinə görə, zəif rubl hökumət üçün sərfəlidir, çünki ixracatçılardan daxilolmalar artır və büdcəni balanslaşdırmaq daha asan olur. Qeyd edilir ki, tənzimləyici tədbirlər də rublun zəifləməsinə yönələ bilər. Məsələn, artıq ixracatçılara valyuta gəlirlərini satmamaq icazəsi verilib.
Neftin ucuzlaşması
İlin əvvəlindən etibarən "Brent" markalı neftin qiyməti 11% azalıb. Qalaktionovun proqnozuna görə, payızda qiymət enişi davam edəcək və bu da büdcə üçün əlavə problemlər yaradacaq. "Alfa-İnvestisiya" ekspertləri ilin sonuna qədər neftin qiymətinin 55–58 dollar/barel səviyyəsinə düşməsinin mümkünlüyünü qeyd edirlər. Bunun əsas səbəbləri arasında OPEC+ ölkələrinin hasilatı artırması, yay mövsümündə nəqliyyat tələbinin azalması və ABŞ tərəfindən tətbiq olunan idxal rüsumları göstərilir. Hazırda (20 avqust axşamına) "Brent" neftinin oktyabr fyuçersi 66,7 dollar/barel səviyyəsində ticarət olunur.
Rubl ilə əmanətlərə marağın azalması
Ekspertin sözlərinə görə, payıza yaxın faiz dərəcələrinin enməsi rubl ilə yığımlara marağı azalda bilər. Bazar iştirakçıları ilin sonuna qədər əsas faiz dərəcəsinin 13–14%-ə qədər endiriləcəyini gözləyir. Bu isə əmanətlərin bir hissəsinin digər valyutalara yönəlməsinə, nəticədə rublun zəifləməsinə səbəb ola bilər.
Mövsümi istehlak tələbi
Qalaktionov həmçinin ilin sonuna yaxın artan istehlak tələbinin idxalı stimullaşdıracağını və valyuta çıxışını gücləndirəcəyini bildirib. Bu amil noyabr-dekabr aylarında rublun məzənnəsinə daha çox təsir göstərə bilər.
Qeyd edək ki, 2025-ci ilin ilk yarısında rubl qeyri-adi dərəcədə möhkəm qalaraq, ixracatçıların normadan 40% çox valyuta satması ilə dəstəklənmişdi. Lakin iyulun sonunda rubl kəskin zəifləyib. Belə ki, 29 iyulda Moskva Birjasında ABŞ dollarının fyuçersi 82 rublu keçib. Elə həmin gün Rusiya Bankı dolların rəsmi məzənnəsini 82,22 rubl səviyyəsində müəyyən edib.
Digər proqnozlara görə, "Alfa-Kapital"ın baş investisiya məsləhətçisi Aleksey Klimyuk ilin sonuna qədər dolların 85–90 rubl intervalında olacağını gözləyir. Mənfi ssenaridə bu göstərici 110 rubla, müsbət ssenaridə isə 70–80 rubla qədər dəyişə bilər. "Freedom Finance Global" şirkətinin aparıcı analitiki Natalya Milçakova isə avqustun sonuna qədər dolların 79–82, avronun 92–95, yuanın isə 11–11,5 rubl intervalında qalacağını proqnozlaşdırır.
Bundan əvvəl "T-İnvestisiya"nın baş iqtisadçısı Sofiya Donets də qeyd edib ki, sülh prosesinin tam bərqərar olması halında 2022-ci ilin əksinə valyuta bazarında əvvəlcə rublun güclənməsi, daha sonra isə ticarətin canlanması ilə idxalın sürətlə artması nəticəsində zəifləməsi mümkündür. Onun sözlərinə görə, bu halda rublun trayektoriyası 70 rubldan 110 rubla qədər daha geniş ola bilər.

Maliyyə     Tarix: 22 avqust 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari