"PMD Projects" MMC tərəfindən - ZƏFƏR PARKI SALINIR
Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhəri, 8 noyabr prospektində Zəfər Parkı salınır.
FED.az xəbər verir ki, "PAŞA Holding"dən verilən məlumata görə, layihənin icrası "PAŞA Holding" MMC-in maliyyə dəstəyi ilə "PMD Projects" MMC tərəfindən həyata keçirilir. Bu barədə Zəfər Parkının təqdimatına həsr olunmuş ictimai dinləmədə bildirilib.
"Zəfər mövzusu, Vətən müharibəsinin işritakçıları, Qarabağın dirçəlməsi mövzuları PAŞA Holding-in diqqət mərkəzindədir və bu səbəbdən holdinq və onun törəmə şirkələri tərəfindən davamlı olaraq sözügedən mövzulara həsr olunmuş layihələr icra olunur. Buna bariz nümunə olan, strateji önəm kəsb edən "Zəfər Parkı" layihəsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır. Parkda Vətən Müharibəsi Memorial Kompleksi, eləcə də Zəfər Muzeyi yer alacaq" – PAŞA Holding-in mətbuat katibi Aytac Muxtarzadə bildirib.
"PMD Projects" şirkətinin nümayəndəsi, "Zəfər Parkı" layihəsinin rəhbəri Pərviz Mehralıyev bildirib ki, parkın konsepsiyası artıq təsdiqlənib və hazırda dövlət qurumları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, "Yaxın 18 ayda, yəni 2024-cü ilin sonunadək tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə layihənin sahəsi 98 min kvadratmetr təşkil edəcək və onun ərazisində Azərbaycanın tarixini və İkinci Qarabağ müharibəsində qələbəsini əks etdirən obyektlər tikiləcək".
Bildiririk ki, Zəfər Parkı üçün nəzərdə tutulan ərazidə hazırda yerləşən yaşıllıqlara zərər yetirməmək məqsədilə ərazidəki tikinti altına düşən ağacların xüsusi texnikanın köməyi ilə parka yaxın sahəyə köçürülməsi də təmin ediləcək.
Qeyd edək ki, hazırda PAŞA Holding-in dəstəyi ilə Şuşa şəhərində də Zəfər parkı salınır, eləcə də işğaldan azad olunmuş ərazilərdə məscidlər və digər infrastruktur obyektlərinin bərpası həyata keçirilir. Keçirilən bərpa işlərində, xüsusilə də işğaldan azad olunmuş Ağdam bölgəsinin yenidən qurulmasında "PMD Projects" MMC də fəal iştirak edir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi