"Premium Bank" əsas fəaliyyəti istiqamətində zəifləyib – Müştərilərə verilən kreditlər azalıb

Azərbaycanda əsasən korporativ sahədə aktiv olan "Premium Bank" ASC 2022-ci ilin ilk 9 ayı ərzində aktivlərində mühüm artımlara nail olsa da, onun müştərilərə verilən kreditlərinin həcmi kiçilib.
Banker.az bu barədə onun təqdim etdiyi rüblük maliyyə göstəricilərinə istinadla xəbər verir.
2022-ci ildə aktivlər ilin əvvəli ilə müqayisədə 5.5% artmaqla 802.13 mln. manata çatıb. Bankın 3 ay öncəki kiçilməni (aktivlər 682.59 mln. manata düşmüşdür) necə kompensasiya etdiyi və aktivlərdə son üç ayda necə bu dinamikanı əldə etdiyi maraq doğurur.
Bankın müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 3-cü rübün sonuna 5.9% azalmaqla 477.99 mln. manata düşüb. Müştərilərə verdiyi kredit portfelinə əsas azaldıcı təsir amili onun biznes krediti bazarındakı iştirakının zəifləməsidir. Bankın biznes kreditləri üzrə portfeli 443.1 mln. manat olmaqla, ilin əvvəlindən 33.93 mln. manat, yaxud 7.1% azalıb.
"Premum Bank" həcmlə ifad ədə az da olsa, istehlak və ipoteka kreditlərinə güc verib ki, bu da onların dinamikasında böyük fərqlə hiss olunur. Bank istehlak kreditlərini ilin ilk 9 ayında 2.4 dəfə artırmaqla 4.1 mln. manata, ipoteka kreditlərini isə 5.6% artımla 30.79 mln. manata yüksəldib.
"Premium Bank"ın 25 milyon civarında digər bankda depozitləri var, lakin bu investisiya xarakterli olmasına bənzəmir. Belə ki, bu məbləğ ani likvidlik imkanına malikdir.
"Premium Bank" ilin ilk doqquz ayında öhdəliklərini 574.4 mln. manatdan 619.42 mln. manata çatdırıb. Burada da bank üçün əsas maliyyə mənbəyi yenə də depozitlərdir. Onun depozitlərində 331.48 mln. manat fiziki və 244.29 mln. manat hüquqi şəxslərə aiddir.
Depozitlərin isə cəmi 251.55 mln. manatı müddətlidir, qalanı tələbli depozitlərdir.
Bankın kapitalının həcmi 182.72 mln. manat olmaqla, o cümlədən 154.6 mln. manatı səhm kapitalı, 14.04 mln. manatı bölüşdürülməmiş mənfəət və 14.08 mln. manatı kreditlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar təşkil edib.

Banklar     Tarix: 25 oktyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım


iqtisadi xeberler leobank kart dollar manat kursu kicik biznes valyuta mezennesi