"Qarabağ KOB-ları 2024" proqramına başlanıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, "İnkişaf Korporasiyası" QSC-nin birgə təşkilatçılığı, "PAŞA Holdinq"in maliyyə dəstəyi ilə "Qarabağ KOB-ları 2024" proqramına başlanılıb.
FED.az xəbər verir ki, KOBİA-nın məlumatına görə, proqramın məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.
Proqram çərçivəsində Bakı, Gəncə, Bərdə, Goranboy, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində ümumilikdə 70 şəxs "Maliyyənin idarə olunması", "Biznes planın hazırlanması", "Marketinq", "Sosial media marketinq", "İnsan resurslarının idarə olunması" və "Satış" mövzuları üzrə biznes, həmçinin seçilmiş istiqamətlər üzrə peşə təlimlərinə cəlb olunacaqlar.
Təlimləri uğurla başa vuran iştirakçılar Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri müvafiq istiqamət üzrə avadanlıqlarla təmin olunacaqlar.
Proqram çərçivəsində KOB-ların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin satışını həyata keçirdikləri platforma da yaradılıb. Yeni KOB subyektlərinin məhsul və xidmətləri də həmin platformaya yerləşdiriləcək.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən varlı 10 müğənnisi
1000 manatla hansı biznesi qurmaq olar?