Qaz Emalı Zavodunun istehsalat göstəriciləri açıqlanıb

Qaz Emalı Zavodunun istehsalat göstəriciləri açıqlanıbSOCAR-ın balansında olan Qaz Emalı Zavodunda ötən il 3 608.5 mln. kubmetr təbii qaz emal edilib.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.
Hesabata əsasən, emal nəticəsində 3 556.1 mln. kubmetr təmizlənmiş quru qaz, 11.1 min ton texniki butan və 225 min ton qaz benzini istehsal olunub.
"Qaz benzininin 17.1 min tonu xammal kimi "Azneft" İstehsalat Birliyinə təhvil verilib, 5.1 min tonu "Azərikimya" İstehsalat Birliyinə təchiz edilib, texniki butanın isə bütün həcmi daxili bazarda satışa yönəlib", – hesabatda qeyd olunur.
Xatırladaq ki, Qaz Emalı Zavodunun tikintisinin birinci mərhələsi 1961-ci ildə 3 və 4 nömrəli sexlərinin istismara verilməsi ilə nəticələnib. 3 nömrəli sexdə təbii qazdan benzin ayıran qurğular istismar olunur, 4 nömrəli texnoloji sexdə qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması həyata keçirilirdi. 1963-cü ildə inşaatın 2-ci mərhələsi çərçivəsində 2 nömrəli, 1964-cü ildə isə 1 nömrəli texnoloji sexlərdə qazdan benzin ayıran qurğular tikilərək istismara verilib. Beləliklə, Qaz Emalı Zavodu ildə 4.5 milyard m³ təbii qazı emal etmək gücünə malik olub. 1986-cı ildə aparılmış yenidənqurma işləri nəticəsində zavodun təbii qazın emalı üzrə illik layihə gücü artırılaraq 6.5 milyard m³-ə çatdırılıb. Yenidənqurma prosesində bundan əlavə, zavodun yeraltı təbii qaz boruları estakada üzərinə çəkilib, yeraltı sənaye su boruları yerüstü kəmərlərlə əvəz olunub və nəhayət, iki qaz-ölçü qovşağı yaradılıb. 2003-2004-cü illərdə zavodda qazın "yüksək təzyiqli çıxışı" və qazın "ümumi çıxışı" adlandırılan ölçü qovşaqları istismara verilib. 2009-cu ildə isə qazın "ümumi çıxışı" ölçü qovşağında daha bir əlavə xətt tikilərək istehsalata buraxılıb. / banker.az

Xəbərlər     Tarix: 17 mart 2023

Oxşar xəbərlər

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları


iqtisadi xeberler dollar məzənnəsi birbank biznes ideyalari bu gunun xeberleri