Qazanılan mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlara - Gömrük Komitəsindən reaksiya
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük odənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Marja.az xəbər verir ki, Faktla bağlı Dövlət Gömrük Komitəsi aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırır:
Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple" markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılmışdır. Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.
Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir.
Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır.
Qeyd edək ki, mətbuatda yayılan xəbərə görə, Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin hər il keçirdiyi "Swift Student Challenge" kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10