Qazaxıstan Azərbaycana buğda satışını artırmaq niyyətindədir
Qazaxıstan Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq və 1 milyon tondan çox taxıl tədarükünü təmin etmək niyyətindədir.
Marja xəbər verir ki, bunu Bakıda Qazaxıstanın milli ərzaq korporasiyasının rəhbəri Asılxan Cumaşev deyib. "Qazaxıstan Azərbaycana tarixən 1 milyon tondan çox taxıl göndərib".
Cumaşev, korporasiyanın Qazaxıstanın "Ak Biday-Terminal" şirkəti vasitəsilə "Azərbaycana böyük həcmdə buğda" ixrac etməyə hazır olduğunu qeyd edib. Korporasiya rəhbəri izah edib ki, bu şirkət Qazaxıstan, Azərbaycan və İranda taxıl terminalları sistemini idarə edir.
2017-ci ildən bəri Qazaxıstan buğdasının Azərbaycana ixracı illik 300 min tonu keçməyib.
Qazaxıstan buğda idxalına qoyulan qadağanı ilin sonuna qədər uzadıb
Yeri düşmüşkən, Qazaxıstan hakimiyyəti buğdanın bütün nəqliyyat vasitələri ilə ölkəyə idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan ərazisinə buğdanın bütün nəqliyyat vasitələri ilə idxalına qoyulan qadağa ilin sonuna qədər uzadılıb. Buğdanın boz sxemlərlə ölkəyə idxalı və təkrar ixracı təhlükəsi hələ də qalmaqdadır. Taxıl biçini ilə bağlı proqnozlar da nəzərə alınıb. Belə ki, Qazaxıstanda ötən ildən daha yüksək həcmdə taxıl olacağı gözlənilir.", - deyə bildirilir.
Bundan əvvəl Qazaxıstan 2024-cü il aprelin 12-dən buğdanın respublikaya idxalına müvəqqəti qadağa qoyub və bu qadağa altı ay müddətində qüvvədə olmalı idi. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları