"Qazprom" böhran siqnalı verir - Avropaya qaz verilməyəcək
"Qazprom" Rusiyadan Avropaya qaz axını təmin edən "Şimal axını 1" boru kəmərində aparılan texniki xidmət və təmir işləri çərçivəsində Kanadaya göndərilən qaz cihazlarının sanksiya səbəbindən ölkəyə çatdırılmasının mümkünsüz olduğunu bildirib və qaz böhranının davam edəcəyini açıqlayıb.
azxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, Qərb ölkələrinin Ukraynaya hücumlarına görə Rusiyaya qarşı sanksiyaları davam etməsi fonunda Rusiyanın dövlət enerji şirkəti "Qazprom" iyulun 27-də Avropaya qaz axınının təmin olunduğu "Şimal axını 1" boru kəmərində təmir işlərinə başlayıb.
"Qazprom"un verdiyi açıqlamada qaz böhranının artmaqda davam edəcəyi siqnalı verilib.
"Şimal axını 1" boru kəmərinin Portovaya kompressor stansiyasındakı qaz turbininin texniki baxım üçün Kanadaya göndərildiyini, lakin geriyə qaytarılmadığını elan edib. Əlavə edib ki, bununla da öhdəliklər yerinə yetirilməyib.
"Qazprom" iyulun 27-də "Şimal axını 1" boru kəmərinin Portovaya kompressor stansiyasında təmir işlərinə başlayıb və boru kəmərindən Avropaya qaz axını 20 faizə qədər azalıb. Baxım üçün Kanadada olan turbin Rusiyanın xahişlərinə baxmayaraq, "sanksiyalar" səbəbindən təhvil verilməyib.
"Qazprom" bildirib ki, turbin hələ təhvil verilmədiyinə görə hazırda Portovayada bir turbin mühərriki işləyir.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları