Qiymətlər üzümçüləri qane etmir - "30-50 qəpiyə satmaq məcburiyyətindəyik

Qiymətlər üzümçüləri qane etmir - Cəlilabadın üzüm bağlarında yığım davam edir. Mövsüm başlayandan bu günədək toplanan 7 min tondan çox məhsulun 300 tona yaxını xarici bazarlara ixrac olunub. Bağ sahibləri daxili bazarda qiymətin ucuz olmasından narazıdırlar.
Cəlilabadın üzüm bağlarında məhsul bu il də boldur. Artıq bir aydır ki, bağ sahibləri məhsul yığımına başlayıblar. "Həməşərə", "Bayanşirə", "Mədrəsə", "Ağşanı", "Qaraşanı" və digər adı dillər əzbəri olan üzüm sortları ilə tanınan Cəlilabadda, hazırda xarici ölkələrdən gətirilən 9 sort məhsuldar üzüm növü də becərilir.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Cəlilabad dayaq məntəqəsinin müdiri Azad Əkbərovla söhbət zamanı bildirib ki, fermerlər bağlara yaxşı qulluq ediblər, lazımi aqro-texniki qulluq tədbirləri vaxtında aparılıb. Ona görə də yaxşı məhsul var: "Cəlilabad rayonunda bu il məhsuldarlıq çox yüksəkdir. Keçən il 15-17 ton məhsul yığılmışdısa, bu il 18-20 ton məhsul gözlənilir".
Ötən aydan yığıma başlayan fermer Əliheydər Salmanov isə minbir zəhmətlə ərsəyə gətirdiyi məhsulun son iki ildə ucuz satılmasına görə narahatdır. "Məhsuldarlıq yüksəkdir, dövlət tərəfindən lazımi dəstəyi və köməyi alırıq. Amma bir problemimiz var, o da məhsulun qiymətidir. On il bundan əvvəl 1 manata satdığımız məhsulu bu gün 30-50 qəpiyə satmaq məcburiyyətindəyik".
Hazırda tədarük olunan məhsul elə bağda işçilər tərəfindən çeşidlənərək yerli və xarici bazar üçün qablaşdırılır. İxraca əsasən "Artika", "Sultaniyyə", "Prima" kimi Fransız üzüm sortları göndərilir.
Söhbət etdiyimiz digər fermer Mirhəbib Salmanlının 15 hektara yaxın üzüm bağı var. Bu bağda 9 sort üzüm yetişdirib. Hələlik 4 sort üzümün yığımı aparılır. "Yığdığımız "Sultaniyə", "Sentenial", "Arktika" və "Ora" sortlarıdır. Bunların tingləri Fransadan gətirilib. Yaxın günlərdə o biri sortları da yığmağa başlayacağıq. Keçən ilə nisbətən məhsuldarlıq yaxşıdır. Satış məsələsində problemlərimiz var. Belə ki, daxili bazarda qiymətlər ucuzdur. Ona görə də, hələ ki, xaricə ixrac etməyə üstünlük veririk".
Qeyd edək ki, rayon üzrə 1475 hektar üzüm bağları var, bunun da 1400 hektarı bar verir. Orta məhsuldarlıq hələlik 120 sentnerdən çoxdur. Məhsulun 300 tondan çoxu Rusiya bazarlarına ixrac olunub.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac

Maliyyə     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq