Qızıl bir qədər də ucuzlaşıb
Qızıl, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) protokollarının dərci ərəfəsində bir qədər də ucuzlaşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 09.20-yə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 0,2% də azalaraq 1 troy unsiyası üçün 1828 dollar təşkil edib.
Fed-in fevral ayı protokolları çərşənbə günü dərc olunacaq və bazarlar faiz artımları dövrünün nə vaxt bitəcəyi də daxil olmaqla, növbəti faiz artımlarına dair ipuçlarını axtarırlar. FED-in siyasəti qızılın qiymətinin əks olunduğu dolların məzənnəsinə təsir göstərir - dollar nə qədər bahadırsa, başqa valyutada daha az qızıl almaq mümkün olur və əksinə.
Analitiklər bildirir ki, FED-in uçot dərəcəsini birdən-birə 0,50 faiz bəndi artırılması mümkün deyil (0,25 faiz bəndi artıracağı gözlənilir), lakin bazarlar FED-in sərt pul siyasətini gözləniləndən daha uzun müddət davam etdirəcəyinə inanır. FED-in faizlərini ardıcıl 7 dəfə artırmasına baxmayaraq, inflyasiya ciddi şəkildə yavaşlamayıb. Buna görə, FED-in faiz artırmaqda davam edəcəyi gözləntiləri dolların bahalaşamsına və qızılın ucuzlaşmasına səbəb olur.
Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,12% artaraq 104,3 bənd təşkil edib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları