Qızıl cüzi bahalaşıb
Dünya bazarında qızılın qiyməti ötəngünku azalmadan sonra cüzi artaraq 1 700-1 710 ABŞ dolları arasında qərarlaşıb.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0,1% və ya 1,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 707,45 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,22% artaraq 1 unsiyası 18,265 ABŞ dolları təşkil edib.
ABŞ-da inflyasiya səviyyəsi haqqında statistik göstəricilər birjalara güclü təsir göstərir. Belə ki, iyun ayının yekunlarına görə ABŞ-da illik inflyasiya 9,1% təşkil edib, bu isə 1981-ci ilin noyabr ayından sonra ən yüksək göstərici hesab olunur. Bu göstərici FES-in uçot dərəcəsini 100 baza bəndi səviyyəsində artıracağı ilə bağlı proqnozları dəstəkləyir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları