Qızılın kəskin bahalaşacağı proqnozlaşdırılır - "Qiymət 4000 dollara çata bilər"
ABŞ Mərkəzi Bankının (FED) aqressiv sərtl pul siyasəti və bu il dolların bahalaşması qızıl qiymətlərinə təzyiq göstərsə də, gələn il qiymətli metalların kəskin bahalaşacağı proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, "Swiss Asia Capital"ın baş meneceri Juerg Kiener, iqtisadi böhran narahatlıqları səbəbindən gələn il qızılın unsiyasının 4000 dollara qədər yüksələcəyi ilə bağlı proqnoz verib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Qızıl bazarında böyük bir bahalaşma ehtimalının yüksək olduğunu bildirən ekspert, qiymətli metalın 10 və ya 20 faiz artmayacağını, daha yüksək artımların olacağını və 1 unsiya qızılın qiymətinin 2 500 - 4 000 dollar aralığına yüksələcəyini proqnozlaşdırır.
Gələn ilin ilk rübündə bir çox ölkənin tənəzzüllə üzləşəcəyini qeyd edən Kiener, mərkəzi bankların faiz artırmaq sürətini yavaşlatacağını və bunun qızılı daha cəlbedici edəcəyini bildirib.
2000-ci illərin əvvəlindən bu yana qızılın illik orta hesabla bahalaşmasının 8-10% arasında olduğunu ifadə edən Kiener, "Növbəti il olacaq artım nə istiqraz bazarında, nə də birjada müşahidə edilməyib" deyib.
Ümumdünya Qızıl Şurasının hesabatına görə, üçüncü rübdə mərkəzi banklar 400 tona yaxın qiymətli metal toplayıb ki, bu da əvvəlki illə müqayisədə 4 dəfədən çox çoxdur.
Qızıl qiymətləri çərşənbə axşamı ABŞ dollarının ucuzlaşması yüksəlib. Qiymətlər kritik səviyyə olan 1800 dollar səviyyəsini keçərək 1817 dolları görüb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?