Qızılın qiyməti artmaqda davam edir

Qızılın qiyməti artmaqda davam edirÇərşənbə səhəri də qızılın qiyməti artır. 
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 10:11-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın fevral fyuçerslərinin qiyməti 5 dollar və ya 0,31% artaraq 1 troy unsiyası üçün 1882,77 dollar olub. Gümüşün mart fyuçersləri 0,5% artaraq bir unsiya üçün 23,782 dollar təşkil edib.
Cümə axşamı investorlar ABŞ-da dollara və qiymətli metal qiymətlərinə təsir edə biləcək inflyasiya statistikasını gözləyirlər.
Cümə axşamı ABŞ-da dekabr ayında istehlak qiymətlərinin dinamikası ilə bağlı məlumatlar dərc olunacaq. Analitiklər illik inflyasiyanın bir ay öncəki 7,1%-dən 6,5%-ə enəcəyini proqnozlaşdırırlar. Beləliklə, dekabr ayı, ötən ilin iyununda təxminən 9%-ə çatdıqdan sonra inflyasiyanın düşməsinin altıncı ayı ola bilər. Eyni zamanda, inflyasiya 2%-lik hədəfdən xeyli yuxarı olaraq qalır.
İstehlak qiymətləri statistikası ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasətinə təsir göstərir. Ötən il ərzində yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini yeddi dəfə, sonuncu dəfə dekabrda 50 baza bəndi artırıb. CME Group-un məlumatına görə, ekspertlərin 79,7%-i fevralda uçot dərəcəsinin 25 baza bəndi artırılaraq illik 4,5-4,75%-ə çatacağını gözləyirlər.
Qızıl FED-in siqnallarına və ABŞ-dan gələn makro statistikaya həssasdır, çünki metalın qiyməti Dolların qiymətindən də asılıdır. "Şahin" siqnallar ənənəvi olaraq dolların bahalaşmasına kömək edir ki, bu da qızılı digər valyutalarda alış üçün daha az əlçatan edir və tələbi məhdudlaşdırır. Dollar ucuzlaşan zaman isə qızılın digər valyutalarda alışı sərfəli olur. Son günlər dollar digər dünya valyutalarına nisbətən ucuzlaşıb. / marja.az

Maliyyə     Tarix: 11 yanvar 2023

Oxşar xəbərlər

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler biznes krediti internetden pul qazanmaq rubl mezenne valyuta kurslari