Qızılın qiyməti daha da düşdü

Qızılın qiyməti daha da düşdüBazar ertəsi səhər qızılın qiyməti bir qədər də azalaraq 1 unsiya üçün təxminən 1810 dollar təşkil edib.
Marja xəbər verir ki, qiymətli metal ABŞ Federal Ehtiyat Sisteminin (FED. ABŞ Mərkəzi bankı) daha sərt siyasəti ətrafında gözləntilər fonunda keçən həftə dəyərinin 1,3%-dən çox ucuzlaşıb.
Bakı vaxtı ilə saat 11:44-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 unsiya (31,1 qram) üçün 3 dollar və ya 0,2% azalaraq 1810,12 dollar olub. Son bir həftə ərzində qızıl 1840 dollardan 1,3% ucuzlaşıb. Gümüşün may fyuçersləri 1,25% ucuzlaşaraq bir unsiya üçün 20,675 dollar olub.
Dollar indeksində artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1780 - 1800 dollaradək ucuzlaşa bilər.
Qızıl üçün əsas amillərdən biri FED-in əsas faiz siyasəti olaraq qalır. Ümumiyyətlə, ilin əvvəlindən ABŞ-dan gələn güclü makroməlumatlar tənzimləyicinin daha uzun müddət ərzində faiz dərəcələrini yüksək saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
CME Group-un məlumatına görə, analitiklərin 72,3%-i mart ayında FED-in uçot dərəcəsini yenidən 0,25 faiz bəndi artıraraq illik 4,75-5%-ə qədər artıracağını gözləyir. Eyni zamanda, analitiklərin 27,7%-i faizlərin 0,50 bənd artırılacağın ehtimal edir.
Qızıl ABŞ-ın makro statistik göstəricilərinə və FED-in siqnallarına həssasdır. Makro göstəricilər və FED-in qərarları dollarda əks olunur və bu da öz növbəsində qızılın qiymətinə təsir göstərir. Fed-in faizləri artırması ənənəvi olaraq dolların bahalşamasına səbəb olur və bu, qızılı başqa valyutada alarkən daha az əlçatan edir və əksinə. / marja.az

Maliyyə     Tarix: 27 fevral 2023

Oxşar xəbərlər

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq