Qızılın unsiyasının qiyməti 1 700 dollardan yuxarı səviyyədə qalmaqdadır
Dünya bazarlarında qızılın qiyməti demək olar ki, dəyişməyib və unsiyası 1 700 ABŞ dollarından yuxarı qalmaqdadır. Treyderlərin əsas diqqəti dünya banklarının yüksək inflyasiya fonunda uçot dərəcəsi ilə bağlı qərarlarına yönəlib.
"Report" birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçersləri 0,16 %, yaxud 2,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 707,5 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 1,13 % düşərək 1 unsiyası 18,628 ABŞ dolları təşkil edib.
Yüksək inflyasiya fonunda dünya ölkələrinin mərkəzi banklarının monetar siyasəti bazarlarda əsas mövzu olaraq qalmaqdadır. Mərkəzi banklar qiymət artımının qarşısını almaq üçün uçot dərəcələrini artırmağa meyl göstərir, bu isə mümkün resessiya ilə bağlı narahatlıqları artırır.
Gələn həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsinin 75 baza bəndi səviyyəsində arrtılaraq 2,25-2,5 %-ə çatdırılacaq.
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar