Qlobal bazarlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq məlumatları gözləyir

Qlobal bazarlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq məlumatları gözləyirBu gün ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər dəyər qazanıb.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.18100 səviyyəsinə qədər bahalaşdıqdan sonra 1.17880 səviyyəsinə qədər geriləyib.
Qlobal bazarlar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq məlumatları gözləyirGBP/USD cütlüyü ötən gün ərzində 1.37520 həddindən 1.35620 həddinə kimi kəskin enib. Bu gün isə məzənnə 1.36650 səviyyəsinə qədər artlm sərgiləyib.
Beynəlxalq birjalarda qızılın qiyməti 24 iyun 2025–ci il tarixindən etibarən ilk dəfə 3366$-a qədər bahalaşıb. "Brent" markalı neftin bir barel üçün dəyəri isə 70.00$ həddinə qədər kəskin şəkildə yüksəlib. Hazırda "qara qızıl" 69.40$-a ticarət olunur.
Öncəki gün İran prezidenti Məsud Pezeşkiyan MAQATE ilə əməkdaşlığın dayandırılması haqqında qanun imzalayıb. Sənəd xüsusilə, "nüvə sahəsində milli təhlükəsizlik təmin olunana qədər" MAQATE müfəttişlərinin İrana girişinə qadağa qoyulmasını nəzərdə tutur.
İsrailin xarici işlər naziri Gideon Saar Tehranın qərarını şərh edərkən Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.
Çərşənbə günü neft üçün müsbət amillərdən biri də ABŞ ilə Vyetnam arasında ticarət sazişinin bağlanması xəbəri olub. Razılaşmaya əsasən, Vyetnam məhsullarının ABŞ-a idxal rüsumu 20% təşkil edəcək, Amerikanın Vyetnama ixrac etdiyi məhsullara isə tarif sıfır olacaq.
Dünən açıqlanan məlumatlara əsasən, ABŞ-ın özəl sektorunda iş yerlərinin sayı, "Automatic Data Processing" (ADP) şirkətinin hesabatına görə, iyun ayında 33 min azalıb. Analitiklər göstəricinin 99 min artacağını proqnozlaşdırmışdılar.
Həmçinin, Avrozonada İşsizlik Səviyyəsi aprel ayı ilə müqayisədə may ayında 6.2%-dən 6.3%-ə qədər yüksəlib. Blokun böyük ölkələri arasında ən aşağı işsizlik Almaniyada (3.7%), ən yüksək isə İspaniyada (10.8%) qeydə alınıb. Avropa İttifaqında isə işsizlik may ayında 5.9% səviyyəsində qalıb. 2024-cü ilin həmin ayında bu göstərici 6% təşkil etmişdi.
Analitiklər iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda iş yerlərinin sayının 120 min artacağını proqnozlaşdırırlar. Qeyd etmək lazımdır ki, NFP bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc olunacaq. Əlavə olaraq, Amerikada açıqlanacaq Orta Saatlıq Əmək Haqqı, İşsizlik Səviyyəsi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, İxrac, İdxal və Ticarət Saldosu göstəriciləri investorların diqqət mərkəzində olacaq xəbərlərdir.
Həmçinin, Türkiyədə və İsveçrədə dərc olunacaq İstehlak Qiymətləri İndeksi, Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi bazar iştirakçıları tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 03 iyul 2025

Oxşar xəbərlər

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c


iqtisadi xeberler iqtisadiyyat xeberleri birbank en son xeberler biznes krediti