Qlobal bazarlarda son vəziyyət
Cümə axşamı günü Avropa Mərkəzi Bankının uçot faiz dərəcəsini 4.50% səviyyəsində saxlaması fonunda dollar major valyutalar qarşısında bahalaşmağa başlayıb. Belə ki, EUR/USD valyuta cütlüyü ötən gün 1.0940 səviyyəsinə qədər bahalaşsada, gün sonunda 1.0895 səviyyəsində ticarət olunurdu. Eyni qaydada, GBP/USD cütlüyü də 1.3009 həddindən 1.2935 həddinə kimi ucuzlaşıb. USDJPY cütlüyü isə ötən gün ərzində 155.400 səviyyəsini test etsə də, 157.710 səviyyəsində ticarət olunur.
Həmçinin, dünən ABŞ-ın Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb. Hesabata əsasən, ölkədə İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 13 iyulda bitən həftədə bir əvvəlki həftə ilə müqayisədə 243 min artıb. Analitiklərinin proqnozlarını üstələyən müraciətlərin sayının 229 min olacağı ehtimal olunurdu.
Eləcə də, dünən Böyük Britaniyada əmək statistikası dərc olunub. Ölkədə işsizlik səviyyəsi, aprel ayında olduğu kimi, 4.4% təşkil edib. Eyni zamanda, mart-may aylarında orta əmək haqqının illik artımı, bonuslar nəzərə alınmaqla, gözlənildiyi kimi, 5.7%, bonuslar nəzərə alınmadan isə, 5.7% olub.
Bugün Birləşmiş Krallıqda açıqlanacaq pərakəndə satışlara dair göstəricilər bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Həmçinin, Almaniyada dərc olunacaq İstehsal Qiymətləri İndeksi də investorlar tərəfindən maraqla gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10