Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətDünən dərc olunan statistik məlumatlar fonunda dollar avro və funt qarşısında korrektiv olaraq bahalaşmağa davam edir.
Dollar/yen məzənnəsi ümumilikdə dördüncü gündür ki, ucuzlaşır və artıq 153.000 həddinin altında ticarət olunur. Həftənin əvvəlindən Yaponiya valyutası təxminən 3.2% dollar qarşısında öz mövqelərini möhkəmləndirib. Qeyd etmək lazımdır ki, gələn həftə, iyulun 31-də Yaponiya Bankı monetar siyasəti ilə bağlı qərarını açıqlamalıdır.
Çərşənbə günü Almaniyada, Avrozonada, Böyük Britaniyada və ABŞ-da Biznes Aktivliyi İndeksi göstəriciləri dərc olunub. Belə ki, Amerikanın xidmət sektorunda PMI 55.3 bənddən 56 bəndə qədər yüksəlib. Avrozonanın, Almaniyanın və İngiltərənin sənaye və xidmət sektorlarında isə PMI göstəriciləri zəifləyib. 
ABŞ-da tikinti sektoruna dair statistik məlumatlar dərc olunub. Tikinti üzrə icazələrin sayı 1.446 milyonluq proqnoza qarşı 1.399 milyon səviyyəsindən 1.454 milyon səviyyəsinə qədər yüksəlib. Yeni Mənzil Satışlarının Həcmi isə 0.6% azalaraq 621 mindən 617 minə qədər dəyişib.
Amerikada açıqlanan məlumatlar fonunda cümə axşamı günü səhər qızılın qiyməti demək olar ki, 2% geriləyərək 1 troya unsiyası üçün təxminən 2374$ təşkil edib. Nyu-Yorkun "Comex" birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 41.8$ və ya 1.73% ucuzlaşaraq 1 troy unsiyası üçün 2373.9$-a qədər enib.
Əlavə olaraq dünən Kanada Mərkəzi Bankı faiz dərəcəsini, proqnozlara uyğun olaraq, 4.75% səviyyəsindən 4.50% səviyyəsinə qədər endirməyi qərar verib. Həmçinin tənzimləyici qurumun nümayəndələri inflyasiyanın proqnozlaşdırıldığı kimi yavaşlamağa davam edəcəyi təqdirdə, uçot dərəcəsində əlavə azalmaların olması ehtimallarının arttığını bildirdi.
Bugün Almaniyada ölkə iqtisadiyatına dair dərc olunacaq göstəricilər investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir. Belə ki, analitiklərin fikrincə "IFO" Biznes Mühiti İndeksi 88.6 bənd səviyyəsindən 88.9 bənd səviyyəsinə qədər azalacaq. 
Həmçinin ABŞ-da ÜDM və İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri açıqlanacaq. Bakı vaxtı ilə saat 19:00-da isə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard çıxış edəcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 25 iyul 2024

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat


iqtisadi xeberler birbank dollar manat kursu dollarin kursu bu gun investisiya