Qlobal bazarlarda son vəziyyət
Ötən gün davam edən dolların eniş tendensiyası, bugün səhər saatlarında bir qədər yavaşlayıb və dollar major valyutalar qarşısında bahalaşıb. Yeni tarixi maksimumlara çatan qızılın qiyməti dollara olan təzyiqin azalması fonunda ucuzlaşır. EURUSD cütlüyü 1.1137 həddinə qədər bahalaşandan sonra, ucuzlaşmağa başlayıb və hal-hazırda 1.1122 həddində ticarət olunur. Qızıl isə dünən 2589$ həddini test etdikdən sonra, 2576$ səviyyəsinə kimi geriləyib.
Bazar ertəsi Avropa statistika agentliyi "Eurostat" bildirdi ki, Avrozonanın Ticarət Saldosunun profisiti iyun ayı ilə müqayisədə iyul ayında 22.3 milyard avrodan 21.2 milyard avroya qədər azalıb. Lakin, analitiklər göstəricinin 18 milyard avro təşkil edəcəyini proqnozlaşdırmışdılar. Eyni zamanda, iyulda Avrozonadan ixrac həcmi illik ifadədə 10.2% artaraq 252 milyard avroya, idxal həcmi isə 4% artaraq 230.8 milyard avroya çatıb.
Bugün Yaponiyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi dərc olunub. Verilən məlumatlara əsasən göstərici öyun ayı ilə müqayisədə iyul ayında -1.2%-dən 1.4%-ə qədər dəyişib. Ekspertlər nəticənin 0.8% təşkil edəcəyini ehtimal edirdilər.
Çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəricisi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Qeyd olunur ki, analitiklər pərakəndə satışların aylıq ifadədə 0.2% azaldığını proqnozlaşdırırlar.
Həmçinin, Avrozona və Almaniyada Avropa İqtisadi Araşdırmalar Mərkəzinin açıqlanacaq hesabatı və ABŞ-da dərc olunacaq Sənaye Sektorunda İstehsalat Həcmi göstəricisi bazar iştirakçıları tərəfindən maraqla izləniləcək.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10