Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətBöyük Britaniyada bu gün statistik məlumatların dərc olunması ərəfəsində funt sterlinq dollar qarşısında ucuzlaşıb. Belə ki, dünən GBP/USD cütlüyü 1.35330 həddini aşağıya doğru test edib, bu gün isə məzənnə 1.35840 səviyyəsinə qədər bahalaşdıqdan sonra 1.35450 səviyyəsinə qədər geriləyib. Eyni dövr ərzində EUR/GBP cütlüyü 0.86340 həddindən 0.86090 həddinə kimi geriləyib. 
Qızılın beynəlxalq birjalarda dəyəri artmaqda davam edir. Qiymətli metal cari həftənin minimum səviyyəsi olan 3283$-dan bahalaşaraq 3341$-a qədər artım sərgiləyib. "Brent" markalı neftin bir bareli 69.10$ qiymətinə qədər geriləyib. "Bitcoin" isə tarixi maksimum səviyyəsini yenilədi və hazırda 118440$-a ticarət olunur.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Braziliya prezidenti Luis İnasiu Lula da Silva bəyan edib ki, əgər ABŞ-la yeni məhdudiyyətlər məsələsində razılıq əldə olunmasa, avqustun 1-dən etibarən ölkə Amerikadan idxal olunan məhsullara qarşı qarşılıqlı ticarət tarifləri tətbiq edəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp rəhbərliyindəki administrasiya Braziliya məhsullarına əlavə tariflər tətbiq edəcəyini açıqlamışdı. Vaşinqton bunu Braziliyanın ticarət balansını pozması və ölkənin məhkəmə sistemindəki daxili proseslərlə əsaslandırmışdı. Lula isə bu açıqlamaları ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.
Dünən dərc olunan məlumatlara əsasən, ABŞ-da işsizlik müavinəti üçün ilk dəfə müraciət edənlərin sayı ötən həftə 5 min nəfər azalaraq 227 min nəfərə qədər enib. İşsizlik müavinətini almaqda davam edən amerikalıların sayı isə 28 iyunla bitən həftə ərzində 1.965 milyon nəfərə yüksəlib. Bu, 2021-ci ilin noyabr ayından bəri ən yüksək göstəricidir.
2025-ci ilin iyun ayında Almaniyada istehlak qiymətləri 2024-cü ilin eyni ayı ilə müqayisədə 2% artıb. May ayında göstərici 2.1% təşkil etmişdi. Aylıq ifadədə isə qiymətlər dəyişməyib.
Bu gün Birləşmiş Krallıqda açıqlanacaq ÜDM hesabatı, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu, Türkiyədə dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Kanadada açıqlanacaq İşsizlik Səviyyəsi kimi önəmli iqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 11 iyul 2025

Oxşar xəbərlər

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur


iqtisadi xeberler biznes ideyalari bitcoin qiymeti telefonla pul qazanmaq online pul qazanmaq