Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətABŞ-ın ticarət partnyorları ilə apardığı danışıqlar fonunda dollar təzyiq altında qalmaqda davam edir. EUR/USD valyuta cütlüyü 1.16790 səviyyəsindən 1.17600 səviyyəsinə qədər yüksəlib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34600 həddindən 1.35340 həddinə qədər artıb, USD/JPY məzənnəsi isə 147.940 həddindən 146.190 həddinə kimi geriləyib. Dolların ucuzlaşması ilə qızılın qiyməti artmağa davam edir. Belə ki, sarı metalın dəyəri 3439$-a qədər yüksəlib.
Amerikanın maliyyə naziri Skott Bessent bazar ertəsi bildirib ki, Vaşinqton 1 avqust üçün nəzərdə tutulmuş son tarixə qədər ticarət razılaşmaları bağlamağa tələsməyəcək. Onun sözlərinə görə, Ağ Ev üçün ticarət sazişlərinin keyfiyyəti onların bağlanma müddətindən daha vacibdir.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Çərşənbə axşamı Bessent bildirib ki, növbəti həftə çinli həmkarları ilə Stokholmda ticarət danışıqlarının üçüncü raundunu keçirməyi planlaşdırır. Bu danışıqlarda, yəqin ki, 12 avqustda başa çatacaq tarif artımlarının müddətinin uzadılması məsələsi müzakirə olunacaq.
Bu arada, ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasının əldə olunacağı ilə bağlı proqnozlar zəifləyib. Buna səbəb mediada yayılan məlumatlara görə, Brüssel Vaşinqtonun vəd etdiyi tarifləri tətbiq edəcəyi halda daha geniş cavab tədbirləri paketini nəzərdən keçirir. Bu tədbirlər xüsusilə ABŞ xidmət sektorunu əhatə edir.
"Reuters" agentliyinin yaydığı məlumatlara görə, Avropa İttifaqında getdikcə daha çox ölkə, o cümlədən Almaniya, ABŞ ilə məqbul ticarət sazişi əldə olunmasının perspektivlərinin pisləşməsi fonunda daha sərt tədbirlər görmək fikri güclənir.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Yaponiya ilə tarixdə ən böyük ticarət sazişinin bağlandığını elan edib. Bu saziş Yaponiya ixracına, o cümlədən avtomobillərə qarşı ABŞ-da 15%-lik qarşılıqlı tarifləri nəzərdə tutur. Trampın sözlərinə görə, Yaponiya Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya edəcək, ABŞ tərəfi isə sazişdən "gəlirin 90%-ni əldə edəcək". 
Bu saziş çərçivəsində, ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşı olan Yaponiya, Amerika avtomobilləri, kənd təsərrüfatı məhsulları və digər mallar üçün öz bazarını daha da açmağa razılaşıb. ABŞ-da yapon avtomobillərinə tətbiq edilən tariflər 25%-dən 15%-ə endiriləcək. Yaponiya Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ildə avtomobillər ölkənin ABŞ-a ümumi ixracının 28.3%-ni təşkil edib.
ABŞ ilə saziş elan olunduqdan sonra Yaponiyada bazarlar sürətlə artıb: böyük avtomobil şirkətlərinin səhmləri 10%-dən çox bahalaşıb, "Nikkei 225" indeksi isə 2%-dən çox yüksəlib. "Honda"-nın səhmləri 8%-dən çox, "Toyota"-nın səhmləri isə 11%-dən çox bahalaşıb. "Nissan"-ın səhmləri 8%-dən çox, "Mazda Motor"-un səhmləri isə 17% artıb. "Mitsubishi Motors"-un səhmləri isə 13% bahalaşıb.
Bu gün ABŞ-da dərc olunacaq Təkrar Daşınmaz Əmlak Bazarında Satışların Həcmi və Kommersiya Məqsədli Neft Ehtiyatların Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 23 iyul 2025

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb

BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə təbii qaz təchizatına dair müqavilə imzalayıb. Türkiyəni


iqtisadi xeberler bitkoin almaq dollar mezenne birbank depozit faizleri