Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətCümə axşamı ABŞ-da ÜDM göstəricilərinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında ucuzlaşıb. EUR/USD valyuta cütlüyü 1.15740 səviyyəsindən 1.16540 səviyyəsinə qədər artıb. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34160 həddindən 1.35180 həddinə kimi yüksəlib. USD/JPY cütlüyü isə 148.180 səviyyəsindən 147.070 səviyyəsinə qədər eniş sərgiləyib. 
Qızılın qiyməti artmaqda davam edir. Dəyərli metal bu gün 3400$-a qədər bahalaşıb. Lakin, bir qədər ucuzlaşaraq "sarı metal" hazırda 3390$-dan ticarət olunur. Beynəlxalq birjalarda "Brent" markalı neftin bir barel üçün qiyməti ötən gün 68$-a kimi bahalaşdıqdan sonra dəyər itirməyə başlayıb və 67.3$-a qədər geriləyib.
Qeyd etmək lazımdır ki, ABŞ-ın Energetika Nazirliyinin dünən verdiyi məlumata əsasən, ölkənin kommersiya məqsədli neft ehtiyatları ötən həftə 2.39 milyon barrel azalıb. 
Çərşənbə günü keçirilən ticarət sessiyasının yekunlarına görə Amerika fond indeksləri yüksəlib, "S&P 500" indeksi 6489 bəndədək artaraq tarixi maksimumunu yeniləyib. Bazar iştirakçılarının diqqət mərkəzində texnologiya sektorunun, xüsusilə süni intellektin inkişafı sahəsində perspektivləri daha yaxşı qiymətləndirmək və texnologiya şirkətlərinin dəyər qiymətləndirmələrinin əsaslı olub-olmadığını təhlil etmək üçün "Nvidia Corp." şirkətinin rüblük maliyyə hesabatları olub.
Amerikalı qrafik prosessor istehsalçısının səhmləri hesabatın dərc olunmasından sonra 3% ucuzlaşıb. Post-ticarət mərhələsində qiymətli kağızlar 174$-dək geriləyib. İnvestorların diqqəti şirkətin əsas gəlir mənbəyi olan data mərkəzləri bölməsinə yönəlib (şirkətin ümumi gəlirinin təxminən 88%-i bu bölmənin payına düşür). 2025–2026 maliyyə ilinin ikinci rübündə (27 iyulda başa çatıb) bu bölmənin gəliri rüblük müqayisədə 5%, illik müqayisədə isə 1.56 dəfə artaraq 41.096 milyard dollar təşkil edib. Halbuki proqnoz 41.3 milyard dollar idi.
Bu gün ABŞ-da ÜDM-dən əlavə açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəricisi investorların marağına səbəb olacaq. Həmçinin, bazar iştirakçıları Avropa Mərkəzi Bankının (AMB) dərc olunacaq pul-kredit siyasəti hesabatını və İsveçrədə açıqlanacaq ÜDM məlumatlarını diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 29 avqust 2025

Oxşar xəbərlər

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari